Radiometrlər – müxtəlif səthlərin, avadanlıqların, texnikanın, paltarların, havanın
ə
sasən α və β hissəciklərlə radioaktiv zəhərlənməsini aşkar etmək bu
zəhərlənmənin dərəcəsini təyin etmək üçündür. Radiometr vasitəsilə az səviyyəli γ
ş
üalanmanı da ölçmək mümkündür. DP – 100 M, DP – 100 ADM radiometrik
qurğuları və s. belə cihazlardır.
Dozimetrlər – zəhərlənmiş ərazidə fəaliyyət göstərən bütün müddət ərzində şəxsi
heyətin aldığı cəmi şüalanma dozalarını (əsasən γ şüalanma dozalarını) təyin etmək
mümkündür.
DK-02, DP-22V, DP-24V, İD-1, İD-11və s. cihazlar fərdi dozimetrlər
komplektləridir.
22. Kimyəvi kəşfiyyat cihazları. Kimyəvi maddələrin aşkarlanması üçün əsas istifadə olunan 4 metod vardır:
-Lüminesensiya; İonlaşdırıcı; Kimyəvi; Biokimyəvi.
Lüminesensiya metodu zamanı tədqiq olunan maddənin (məsələn, tədqiq
olunan qazların parı) işıqlanması və ya həmin maddə ilə qatışdırılan xüsusi
lüminoforların işıqlanması müşahidə olunur. Lüminesensiya analizi üçün tətbiq
olunan aparatda lüminesensiyanın həyəcanlanma mənbəyi və qeydiyyat qurğusu
vardır. İşıq mənbəyi olaraq analizdə ksenon lampalar, havada qığılcım və ya
lazerlərdən istifadə olunur. Lüminesensiyanın qeydiyyatı əsasən vizual olaraq və
ya analizin dəqiqliyini artıran fotoelektron cihazlar vasitəsilə həyata keçirilir.
İ
onlaşdırma metodu zamanı hər hansı bir şüalanma və ya zərrəciklər seli
ilə maddəyə təsir göstərilir. Bu zaman kimyəvi maddənin molekulları ionlaşır və
onlardan yeni zərrəcilər seli yaranır ki, bunlar da öz növbəsində analizə göndərilir.
Məsələn, mass-spektrometriyada təsir göstərən sel elektronlar seli, ultrabənövşəyi
ş
üalanma ola bilər ki, bunlar da, tədqiq edilən maddənin ilkin molekulyar
ionlarının dağılması nəticəsində yeni molekulyar ion selini yaradır. Bu metod
vasitəsilə moleklyar kütləni aşkar etmək, maddəni müəyyən etmək, onun kimyəvi
quruluşunu təyin etmək və s. mümkündür.