Silindirin polad gövdəsində β-şüalanmanı indikasiya
etmək üçün pəncərə
vardır. Bu pəncərəyə suya davamlı etilsellüoz plyonka yapışdırılmışdır. Zondun
gövdəsinə fırlanan silindir formalı bürünc ekran geydirilmişdir.
Bu ekranda
ölçüləri zondun gövdəsindəki pəncərənin ölçülərinə uyğun gələn pəncərə vardır.
Ekran zond gövdəsinin uzunu boyu bir qədər yerini dəyişə bilir. Ekranı
müəyyən vəziyyətdə bərkitmək üçün onun səthində iki işarə edilmişdir. Silindrin
gövdəsində fiksator üçün iki yarığı olan halqa formalı stopor çıxıntısı vardır.
Ekran dayaq çəngəli qarşısında B vəziyyətinə keçirilərkən ekranın
pəncərəsi
zondun gövdəsindəki pəncərənin tuşunda dayanır. Ekranın belə vəziyyətində β və
γ
-şüalanmaları bir-birinin tuşundakı hər iki pəncərədən və plastik kütlə
plyonkalardan keçərək sayğaca daxil olur.
Ekranın fiksatoru dayaq çəngəli qarşısında Q vəziyyətinə keçirilərkən silindirik
ekran zondun gövdəsindəki pəncərənin qarşısını kəsib
onu örtür və sayğaclara
ş
üalanma keçməsinin qarşısını alır. Bu zaman sayğacda impulslar yalnız γ-
ş
üalanmanın təsiri nəticəsində əmələ gələcəkdir.
Zondun elektrik avadanlığı lövhə üzərində quraşdırılmışdır. Lövhə zondun
gövdəsinə üst qayka vasitəsilə birləşir.
Ölçmək rahat olsun deyə, zondun dəstəyi
var. Zond 1,2 m uzunluqda elastik kabel vasitəsilə cihazın pultuna birləşdirilir.
Ölçmə pultu aşağıdakı əsas qovşaqlardan ibarətdir: panel, örtük (gövdə), şassi və
qida mənbələri yuvasının qapağı.
Dostları ilə paylaş: