Microsoft Word mm cavab az imtahan docx


 Sığınacaqların konstruktiv h



Yüklə 381,89 Kb.
Pdf görüntüsü
səhifə30/46
tarix09.11.2022
ölçüsü381,89 Kb.
#68159
1   ...   26   27   28   29   30   31   32   33   ...   46
mm cavab01az

34. Sığınacaqların konstruktiv həlli və mühəndis texniki avadanlığı. 
Sığınacağın konstruktiv elementləri bunlardır: 
-əsas qurğunun yükgötürücü və mühafizəedici konstruksiyaları (üst örtükləri, 
örtüklər), xarici və daxili divarlar, sütunlar və arakəsmələr, bütöv bünövrə tavaları 
və ayrı-ayrı sütunvari (lentvari) bünövrələr; 


-girişin elementləri (tamburların, tambur-şlüzlərin, tambur-önünün divarları, 
pilləkənləri və pandusları), onların üzərindəki örtükləri qoruyucu tərtibatlı giriş 
yerləri başlıq hissələr; 
-qəza çıxış yollarının element-lağımlarının və mühafizə edilən başlıq hissənin, 
qoruyucu tərtibatlı çıxış yerinin (qapılar, qapaqlar, birtipli bölmələr) divarları, üst 
ötrükləri və bünövrələri. 
Sığınacaq kimi uyğunlaşdırılan binaların konstruksiyaları kifayət qədər möhkəm 
və davamlı olmalı və orada daldalanan adamların zərbə dalğasından, ionlaşdırıcı 
ş
üalanmalardan, işıq şüalanmasından və yanğınlar vaxtı istiliyin təsirindən 
mühafizəsini təmin etməlidir. Binalar hermetik olmalıdır. Bina ilə birgə tikilən 
sığınacaqların konstruktiv forması bu binaların (tikintinin) konstruksiya nəzərə 
alınmaqla müəyyən edilir.
Yeni 
sığınacaqlar 
layihələndirilərkən 
birtipli 
yığma 
dəmir-beton 
konstruksiyalardan istifadə edilən karkaslı sxemlər tətbiq etmək tövsiyə olunur
müvafiq mühəndis əsaslandırılması olan hallarda isə karkassız sxemlər də tərtib 
edilə bilər. 
Sığınacaqlar layihələndirilərkən bunu nəzərə almaq lazımdır: 
-üst örtükləri (örtüklər)-tirli (tirlərin ucuları-rigellər sütunlara dirənməklə), yaxud 
tirsiz olmalıdır. Son illər sığınacaqların üst örtüyü üçün yüksək texniki-iqtisadi 
göstəricilərə malik yığma-monolit tirsiz konstruksiyalardan geniş istifadə olunur; 
-divarlar-yığma dəmir-beton lövhələrdən, beton bloklardan, monolit dəmir-
betondan və möhkəmlik üzrə tələbləri ödəyən digər inşaat materiallarından geniş 
istifadə olunur; 
-dirək bünövrələri-yığma və ya monolot dəmir-betondan olmalıdır; 
-arakəsmələr-armatur, kərpicdən, yığma dəmir-betondan, davamlı doldurucu 
betondan və digər odadavamlı materiallardan tikilməlidir; 
-giriş yerlərinin qoruyucu tərtibatları-dövlət standartlarına (DST) müvafiq 
hazırlanmış qoruyucu – hermetik və hermetik darvazalar, qapı və qapaqlardan 
istifadə olunmaqla hazırlanmalıdır; 
-sığınacaq kimi tikilən binanın digər binaları ilə xarici əlaqələrini təmin edən 
kommunikasiyalar-bu binaya giriş yerlərində konpensasiya tərtibatları qoyulması 
nəzərdə tutulmalıdır. 
Mühəndis kommunikasiyalarının girişləri sığınacağın içərisində onlara baxış və 
təmir üçün rahat olmalıdır. Su və istiliklə təchizat şəbəkəsinin girişlərində, eləcə də 
kanalizasiyanın çıxış yerində sığınacağın içəri tərəfində bağlayıcı armaturlar 
qoymaq lazımdır. Sığınacaqları və onların konstruksiyalarını suyun dağıdıcı 
təsirindən mühafizə etmək, qurğunun və oradakı avadanlıqların normal istismarını, 
habelə otaqlarda lazımi temperatur-rütubət rejimini təmin etmək üçün 
sığınacaqlarda hidroizolyasiya düzəldilir. 

Yüklə 381,89 Kb.

Dostları ilə paylaş:
1   ...   26   27   28   29   30   31   32   33   ...   46




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin