şə
bəkələri və kommunikasiyaları, habelə avadanlıq və şəxsi heyətlə birlikdə
zədələnməyə, dağıntıya və ya zəhərlənməyə məruz qalmış obyekt ərazisinə deyilir.
Obyektlərdə sadə (birnövlü) və mürəkkəb zədələnmə ocaqları yarana bilər.
Sadə
(birnövlü) zə
də
lə
nmə
ocağ
ı –
təkcə bir zədələyici amilin, məsələn,
partlayışın törətdiyi dağıntıların, yanğının, yalnız kimyəvi və ya bakterioloji
zəhərlənmənin nəticəsində əmələ gələn ocağa deyilir.
Mürə
kkə
b zə
də
lə
nmə
ocağ
ı isə bir neçə zədələyici amilin qarşılıqlı
təsiri
nəticəsində, yaranan ocaqdır: Məsələn, istehsal qəzası zamanı baş verən partlayış
dağıntılara, uçqunlara, yanğınlara, ərazidə
zəhərlənməyə səbəb olur; zəlzələ və
qasırğa nəticəsində qurğuların dağılması ilə yanaşı, sahillərin su altında qalması,
elektrik xətlərində qısa qapanma sayəsində texniki qurğuların
zədələnməsi,
mühəndis şəbəkələri və maye tutumları dağılarkən zərərli mayelərlə ətrafın
zəhərlənməsi ilə nəticələnir.
Zədələyici amillərin xarakterindən asılı olaraq zədələnmə (zəhərlənmə) ocağı
müxtəlif formalı, məsələn, partlayış, zəlzələ nəticəsində - dairəvi; qasırğa, fırtına,
daşqın, sel, marxal və s. nəticəsində - zolaq formasında; yanğın, sürüşmə, sunami
tipli külək zamanı - qeyri-müəyyən formada ola bilər.
Dağ
ılma də
rə
cə
lə
ri. Qurğunun bütövlükdə dağılması dərəcəsi zədələnmələrin
ümumi nəticəsi ilə xarakterizə olunur. Qurğularda ən güclü dağıntılar partlayış,
yanğın və s. kimi istehsalat qəzaları nəticəsində və ya zəlzələ, qasırğa və digər təbii
fəlakətlər zamanı baş verir.
Obyektin qurğularında, məsələn, partlayış, zəlzələ, qasırğa və yanğınlar zamanı
baş verən dağıntıları şərti olaraq dörd növə: tam, güclü, orta dərəcəli və zəif dağıntı
dərəcələrinə (A, V, S, D dərəcələrinə) ayırmaq mümkündür. Yaşayış evlərinin və
sənaye binalarının zəif zədələnməsi xeyli dərəcədə
küləyin şiddətindən və
istiqamətindən asılı olur. Güclü külək zamanı tikintilər külək əsən istiqamətdə 1,5-
2 dəfə artıq zədələnir. Yaşayış evləri və sənayə binaları üçün bəzən dağıntılar üzrə
ə
lavə bir dərəcə - yüngül zədələnmə - E növü də müəyyən edilir.
Dostları ilə paylaş: