39.Fövqə
ladə
hadisə
nə
ticə
lə
rinin aradan qaldırılmasına cə
lb
edilə
n qüvvə
və
vasitə
lə
r.
Qəzaların nəticələrini aradan qaldırmaq - müvafiq sənaye sahələrinin və ya
ə
razi (şəhər, qəsəbə) təşkilatlarının tabeliyindəki obyektlərdə olan xüsusi
xidmətlərin və ayrı-ayrı
mütəxəssislərin, yanğınsöndürmə və meşə yanğını
komandalarının, elektrik şəbəkəsi, rabitə, qaz təchizatı, su təchizatı, kanalizasiya,
istilik təchizatı qəza xidmətlərinin, dəmiryolu bərpa qatarlarının,
qəza xilasetmə
gəmilərinin, avtomobil nəqliyyatı texniki-qəza xidmətinin, təcili tibbi yardım
xidmətinin və s. xidmətlərin vəzifəsidir.
Müxtəlif təsərrüfat obyektlərində baş verən kiçik qəzalar və yanğınlar həmin
obyektlərin müdriyyəti tərəfindən öz
qüvvələri ilə, eləcə də ərazi təşkilatlarındakı
(xüsusi xidmətlərin) mütəxəssislərinin qüvvələri ilə aradan qaldırılır.
Bir sıra sənaye və təsərrüfat sahələrində (dağ-sənaye sahələrinin şaxtalarında,
metrotunel, kollektor tikintisində, neft mədənlərində, neft-kimya müəssisələrində)
qəzaların aradan qaldırılması üzrə işlərdə respiratorlardan istifadə edilməsi tələb
olunduğu üçün belə müəssisələrdə xüsusi qazdan xilasetma və dağmədən işlərində
xilasetmə dəstələri - komandalar dəstələr və s. habelə gəmiçilik idarələrinin qəza-
xilasetmə dəstələri yaradılır.
Mədən işlərində xilasetmə dəstələrinə aşağıdakılar həvalə edilir: kömur və filiz
mədənlərində, metropolitendə, neft və kimya sənayesi
müəssisələrində qəzalar
zamanı adamların xilas edilməsi; yeraltı qəza nəticələrinin aradan qaldırılması
işlərinin aparılması respiratorlardan istifadə etməklə profilaktika işləri görmək
tələb olunan şəraitdə yeraltı və yerüstü yanğınların, alışmış neft və qaz
fəvvarələrinin və s.
söndürülməsi; qəzaların qarşısını almaq üçün profilaktika
işlərinin icra edilməsi; respiratordan istifadə olunması tələb edilən texniki işlərin
yerinə yetirilməsi və s.
Güclü fəlakətlərə qarşı
işlərə rəhbərlik etmək, eləcə də onların nəticələrinin
aradan qaldırılması üzrə təxirəsalınmaz tədbirlər görmək üçün respublikada
Fövqəladə Hallar Nazirliyi yaradılmışdır. Bu nazirliyə zərər çəkmiş əhaliyə yardım
göstərilməsi, dövlətin maddi sərvətlərinin və vətəndaşların əmlakının xilas
edilməsinə yerli qüvvə və vasitələrin cəlb olunması sahəsində
geniş səlahiyyətlər
verilmişdir. Təbii fəlakətlərlə mübarizə tədbirlərində nəinki fəlakət baş vermiş
ə
razidəki iş qabiliyyətli əhali, həm də respublikanın digər rayonlarının əhalisi fəal
iştirak etməlidir.
Fəlakatlərlə mübarizəyə təsərrüfat obyektlərinin fəhlə və qulluqçuları da cəlb
edilir; bu məqsədlə onlardan hərbiləşdirilməmiş dəstələr (xilasedici, qəza-bərpa və
digər dəstələr,
komandalar, qruplar və manqalar, rabitə, yanğın və s.) yaradılır.
Bəzi təhlükəli hallarda güclü qəzaların aradan qaldırılması və təbii fəlakətlərlə
mübarizə işlərinə hərbi hissələr cəlb edilə bilər.
Dostları ilə paylaş: