-Zədələnmiş adamların axtarılması və onların uçqunlar altından, dağılan və yanan
binalardan, qaz, su və tüstü ilə dolmuş otaqlardan çılxarılması;
-Uçulmuş və zədələnmiş mühafizə qurğularının açılması və oradan adamların xilas
edilməsi;
-Uçqunlar altında qalmış və süzücü-ventilyasiya qurğusu zədələnmiş muhafizə
qurğularına hava verilməsi;
-Zədələnmiş adamlara ilk tibbi yardım və ilk həkim yardımı göstərilməsi və onların
müalicə müəssisələrinə köçürülməsi;
-Əhalinin təhlükəli sahələrdən təhlükəsiz rayonlara çıxarılması
-Əhalinin sanitariya təmizlənməsi, paltarların, texnikanın, nəqliyyatın, mühafizə
vasitələrinin, ərazinin və qurğuların, habelə ərzaq malları və xammalının, suyun və
yemlərin zərərsizləşdirilməsi.
Xilasetmə işlərinin müvəffəqiyyətini təmin edən əsas prinsiplər bunlardır:
1) xilasetmə işləri aparacaq qüvvə və vasitələrin surətlə işə hazır vəziyyətə
gətirilməsi;
2) yaralıların xilas edilməsi işlərinə dərhal başlanması.
3) qüvvə və vasitələrdən ilk növbədə iş sahələrində, yaralıların daha çox olduğu
ehtimal edilən yerlərdə istifadə edilməsi;
4) mexanizasiya və avtomatika vasitələrinin səmərəli tətbiq edilməsi və dəstələrdən
onların ixtisası və təminatı üzrə istifadə olunması;
5) xilasetmə işlərinin fasiləsiz surətdə aparılması, radiasiya səviyyəsindən və
yaranmış digər şəraitdən asılı olaraq növbələr üzrə iş müddəti 2 saatdan 12
saatadək müəyyən edilir.
6) X və DTİ yerinə yetirilərkən bütün təhükəsizlik tədbirlərinə riayət edilməsi.
Dostları ilə paylaş: