Microsoft Word mm cavab az imtahan docx



Yüklə 381,89 Kb.
Pdf görüntüsü
səhifə37/46
tarix09.11.2022
ölçüsü381,89 Kb.
#68159
1   ...   33   34   35   36   37   38   39   40   ...   46
mm cavab01az

Digər təxirəsalınmaz işlər - xilasetmə işlərinin aparılmasına şərait yaratmaq
eləcə də kommunal təsərrüfat, energetika, nəqliyyat və rabitə şəbəkələrində qəza 
nəticələrini məhdudlaşdırmaq və aradan qaldırmaqla obyektin fəaliyyətini təmin 
etmək məqsədilə yerinə yetirilir.
Belə işlər aşağıdakılardan ibarətdir:
1) uçqunlarla tutulmuş yerlərdə zəhərlənməyə (çirklənməyə) məruz qalmış 
sahələrdə nəqliyyat üçün yol salmaq və keçidlər düzəltmək;
2) xilasetmə işlərinin icrasına imkan yaratmaq üçün qaz enerji, su təchizatı, 
kanalizasiya və texnoloji şəbəkələrdə qəzaları məhdudlaşdırmaq;
3) uçulub tökülmək qorxusu törədən və hərəkətə eləcədə işlərin təhlükəsiz 
aparılmasına mane olan konstruksiyaların bərkidilməsi və ya tamamilə 
dağıdılması;
4) xilasetmə işlərinin aparılmasını təmin etmək məqsədilə, zədələnmiş və ya 
dağıdılmış rabitə xətlərini, kommunal-enerji şəbəkələrini təmir və bərpa etmək; 
5) düşmənin ehtimal olunan təkrar zərbələrindən, təbii fəlakətlərdən qorunmaq 
üçün zədələnmiş mühafizə qurğularını təmir və bərpa etmək.
 
41. Zərərsizləşdirmənin növləri.
Zərərsizləşdirmə - yoluxmuş (zəhərlənmiş) səthlərlin üzərində dezaktivasiya
deqazasiya və dezinfeksiya işlərinin aparılmasıdır. 


Dezaktivasiya - çirklənmiş əşyaların səthindən radioaktiv maddələri kənar 
etməklə zəhərlənmənin təhlükəsiz dərəcəyədək azaldılmasıdır.
Deqazasiya - zəhərləyici və qəza təhlükəli kimyəvi maddələrin məhv edilməsi 
(neytrallaşdırılması) və ya onların səthlərdən kənar edilməsidir. Bu zaman əsas 
məqsəd ondan ibarətdir ki, zəhərlənmə baş verməsin və yaxud zəhərlənmə yol 
verilən təhlükəsiz normayadək azaldılsın. 
Dezinfeksiya - xəstəlik törədən mikroorqanizmlərin məhv edilməsi, toksinlərin 
zərərsizləşdirilməsidir.  
Dezinseksiya - düşmən tərəfindən infeksion xəstəlikləri yayan daşıyıcılar tətbiq 
edildikdə həşəratların tələf edilməsi üçün dezinseksiya tədbirləri həyata keçirilir. 
Deratizasiya - infeksiya mənbəyi olan və onu yayan gəmiricilərin tələf 
edilməsidir. 
İ
nsanların sanitar təmizlənməsi - insanların dəri səthindən və göz qişalarından 
radioaktiv, 
zəhərləyici 
və 
bakterioloji 
maddələrin 
təmizlənməsidir 
(kənarlaşdırmaq). 
İ
nsanların sanitar təmizlənməsi zamanı onların paltarlarının zərəsizləşdirilməsi 
işlərini yerinə yetirməkdən- dezaktivasiyadan, deqazasiyadan və dezinfeksiyadan 
ibarətdir. 
Xüsusi təmizləmə işləri yerinə yetirmə şəraitindən, vaxtın və vəsaitlərin 
olmasından asılı olaraq, zərərsizləşdirmə və sanitar təmizlənmə qismən və tam 
həcmdə yerinə yetirilə bilər.
Qismən təmizləmə profilaktik xarakter daşıyır, adətən zəhərlənmə ocaqlarında 
görülən işləri dayandırmadan yerinə yetirilir və çirklənmənin dərəcəsini azaltmağa 
xidmət edir. 
Tam xüsusi təmizləmə insanlar, texnika zəhərlənmə ocaqlarından çıxarıldıqdan 
sonra, xüsusi avadanlıqlı məntəqələrdə səthləri zəhərlənmədən tamamilə 
təmizləmək məqsədilə həyata keçirilir.

Yüklə 381,89 Kb.

Dostları ilə paylaş:
1   ...   33   34   35   36   37   38   39   40   ...   46




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin