-su təchizatı;
-kanalizasiya;
-elektrik təchizatı və rabitə.
Radiasiya daldalanacaqlarındatəbii və ya mexaniki ventilyasiya tətbiq edilə bilər.
Mexaniki ventilyasiya zirzəmilərdə yerləşdirilən tutumu 50 nəfərdən artıq olan
daldalanacaqlarda, eləcə də birinci və kürsü mərtəbələrdə yerləşdirilən həmin
tutumlu daldalanacaqlarda təbii ventilyasiya kifayət etmədikdə düzəldilir.
Sənayedə hazırlanan süzücü –ventilyasiya qurğuları olmadıqda əlaltında olan
materiallardan düzəldilən ən sadə hava təchizatı vasitələrindən geniş istifadə edilə
bilər.
Radiasiya daldalanacaqlarının otaqları binanın lazimı hallarda açılan ümumi isitmə
sistemindən qızdırılır.
Su təzhizatı daxili və xarici kəmərlərdən nəzərdə tutulur,
belə su kəmərləri
olmayan hallarda hər adam üçün sutkada 2 l hesbı ilə səyyar su qabları qoyulması
nəzərdə tutulmalıdır.
Kanalizasiya olan binalarda çirkab suları xarici şəbəkəyə axıtmaqla, yuyulan
ayaqyolu düzəldilməlidir. Xarici kanalizasiya xətti tutularkən binanı çirkab
sulardan qorumaq üçün hökmən bağlayıcı tərtibat qoyulmalıdır.
Lazımi hallarda kanalizasiya sistemində vurucu stansiya
düzəldilməsi nəzərdə
tutulur.
Radiasiya daldalanacaqlarıxarici elektrik şəbəkəsindən, ya da səyyar elektrik
fənərləri vasitəsilə elektrik enerjisi ilə təchiz edilir. Səhiyyə idarələrinin cərrahiyyə
profilli xəstəxanalarında
və doğum
evlərində
yerləşdirilən radiasiya
daldalanacaqları biri digərindən asılı olmayan iki müstəqil elektrik mənbəyindən
elektrik enerjisi ilə təchiz edilməlidir.
Evin zirzəmisini radiasiya daldalanacağıkimi istifadə
etmək üçün onun üst
örtüyünün lazımi hallarda əlavə aşırım tirləri və dirəklərlə möhkəmləndirmək artıq
pəncərə oyuqlarını və digər boşluqları qum kisələri, kərpiclə hörmək və ya torpaq
töküb bağlamaq lazımdır. Örtüyün üstünə hesablanmış qalınlıqla əlavə torpaq
(qum, şlak) qatı tökür, xarici divarların dibini üst örtük səviyyəsinədək torpaqla
örtürlər. Zirzəminin girişində hermetik qapılı tambur (dəhliz),
otaqlarda isə
oturmaq və uzanmaq üçün kürsü, ya da taxtlar düzəldilməlidir. Zirzəmilərdə
həmçinin hava sorucu qutular formasında təbii ventilyasiyaya tərtibatı düzəldilir.
Bunları taxta,
asbest-sement, saxsı və ya metal borulardan düzəldirlər. Qutunun
aşağı ağzı kip siyirmə qapaqla (dönən qapaq) bağlanır. Qutunun digər ağzı (ucu)
150-200 sm hündürlükdə çölə çıxarılmalıdır.
Mənzili (evi) radioaktiv maddələrlə çirklənmədən mühafizə etmək üçün qapı və
pəncərə çərçivələrindəki bütün boşluqları, bacaları bərkitmək (suvamaq,
tıxaclamaq, yapışdırmaq), qapı-pəncərə yerlərinə qalın pərdələr asmaq,
tüstü
bacalarını bağlamaq, ərzaq mallarını və suyu radioaktiv maddələrlə,
təhlükəli
aerozollarla, habelə bakterial vasitələrlə çirklənmədən qorumaq lazımdır.
Dostları ilə paylaş: