Microsoft Word mm cavab az imtahan docx



Yüklə 381,89 Kb.
Pdf görüntüsü
səhifə29/46
tarix09.11.2022
ölçüsü381,89 Kb.
#68159
1   ...   25   26   27   28   29   30   31   32   ...   46
mm cavab01az

darəetmə məntəqəsi (İM) - obyektin rəhbər heyətinin və MM qərargahının 
yerləşməsi üçündür. Belə məntəqə ən böyük iş növbəsində 600 və bundan artıq 
adam işləyən müəssisələrdə sığınacaqların tikilməsi layihələrində nəzərdə tutulur. 
İ
darəetmə məntəqəsi, adətən, mühafizəli elektrik təchizatı mənbəyinə malik olan 
sığınacaqlardan birində yerləşdirilir. O, iş və rabitə otağından ibarət olur. 
Adətən, idarəetmə məntəqəsi sığınacağın giriş yollarından birinin yaxınlığındakı 
otaqlarda yerləşdirilir və odadavamlılııq həddi bir saatadək olan arakəsmələrlə 
sığınacağın adamlar yerləşən digər otaqlarından ayırılır. 
Tibb məntəqəsi (TM) - sığınacaqda daldalanan adamlara ilk tibbi yardım 
göstərmək üçündür. Daldalanan adamların sayı 900-1200 nəfər olanda tibb 


məntəqəsinin sahəsi 9 kv.m müəyyən edilir. 1200 nəfərdən artıq hər 100 nəfər 
üçün tibb məntəqəsinin sahəsi 1kv.m artırılır. 
Sığınacaqlarda həmçinin hər 500 nəfər adam üçün sahəsi 2 kv.m olan bir sanitariya 
qovşağı nəzərdə tutulur, lakin hər qurğuda ən azı bir belə məntəqə olmalıdır. 
 
33. Sadə daldalanacaqlar.  
Düşmənin qəfil basqını zamanı əhalinin xeyli hissəsi mühafizə qurğuları ilə təmin 
edilməyən hallarda müasir qırğın vasitələrindən əhalinin kütləvi mühafizəsini qısa 
müddətdə təmin etmək üçün sadə daldalanacaqlar həlledici əhəmiyyət kəsb edir.
Sadə daldalanacaqlara üstü açıq və örtülü yarğanlar (oyuq), səngərlər (tranşeya) 
aiddir. 
Sadə daldalanacaqların tutumu 10-50 nəfər nəzərdə tutulur.
Yarğanlar, adətən, uçqunlar altına düşməyəcək ərazidəki müxtəlif yerlərdə: 
şə
hərlərin bağçalarında, stadionlarda, geniş həyətlərdə, kənd yerlərində isə 
bağlarda, bostan yerlərində, geniş küçələrdə düzəldilə bilər. Belə sahələr elə 
seçilməlidir ki, oranı qar və yağış suları basa bilməsin.
Yarğanlar adamların bir və iki cərgədə yerləşdirilməsi üçün nəzərdə tutula bilər. 
Adamlar bir cərgədə yerləşdirilən yarğan dərinliyi 180–200sm, eni yuxarıda 100–
200sm dibdə isə 30–90sm olan xəndəktən ibarət olur. Yarğan hər adam üçün 0,5 - 
0,6m hesabı ilə müəyyən edilir.
Örtülü yarğanın tikintisi iki mərhələdə yerinə yetirilir: birinci mərhələdə onun 
xəndək hissəsi qazılır və avadanlıqlaşdırılır, ikinci mərhələdə üstü örtülür və 
torpaqla bərkidilir.
Yarğan-hərəsinin uzunluğu 10-15m olan bir-birinə nisbətən bucaq altında yerləşən 
bir neçə düzxətli sahələrdən ibarət xəndəkdir. Tikintinin birinci mərhələsində 
ə
razidə daldanacağın yeri müəyyən edilib nişanlanır və onun planı çəkilir.
Ventilyasiya xəndəyin baş tərəflərində qoyulan havaverici və sorucu qutular 
vasitəsilə təmin edilir. Qutular taxtadan düzəldilir, onların en kəsiyi 20 ×20sm olur. 
Havaverici qutunun aşağı ağzında siyirtmə qapaq və tozəleyhinə süzgəc 
quraşdırılır.
Divarlarında örtüyü olan, üstü taxta və 70-80 sm torpaq qatı ilə örtülən, adamlar bir 
cərgədə yerləşdirilən 10 nəfərlik yarğan tikmək üçün tələb olunan təqribi əmək 
sərfi və tikinti materialları norması belədir: əmək sərfi 80-10 adam-saat;meşə 
materialı (eyni diametirli şalban şəklində) -2 kub m; taxta - 1,3-1,5 m
3
; lif (gəpiktə 
və ya mamır) - 3,4kq; tol (ruberoid) - 20 m
2
; müxtəlif ölçülü mismar - 0,3-0,5 kq; 
məftil – 2 – 3kq. Texnikadan istifadə edilərkən: təxmini əmək sərfi 6-8 adam/saat, 
ekskavatorun işi - 0,5-1 maş/saat; avtokranın işi 1maş/saat.
Sadə daldalanacaqlarda işıq vasitələri olmalıdır.

Yüklə 381,89 Kb.

Dostları ilə paylaş:
1   ...   25   26   27   28   29   30   31   32   ...   46




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin