28. Fövqəladəhallarda təhlükəli zonadan köçürülmə tədbirləri. Köçürülmə
zamanı Dövlət orqanlarının rolu və fəaliyyəti. Zamandan asılı olaraq təhlükəli zonadan köçürülmə tədbirləri 2 cür həyata
keçirilir:
Qabaqcadan köçürülmə- kütləvi qırğın vasitələrinin tətbiq edilməsi, təbii fəlakət
və təhlükəli obyektlərdə qəzaların yaranması ehtimalı barədə etibarlı məhbələrdən
məlumat daxil olduqda yerinə yetirilir.
Təcili köçürülmə-fövqəladə vəziyyət yaranarkən yerinə yetirilir və bu minimal
vaxt ərzində həyata keçirilir.
Miqyasından asılı olaraq təhlükəli zonadan köçürülmə 2 yerə ayrılır.
Lokal köçürülmə-fövqəladə hal baş vermiş və ya baş verəcək ərazi- şəhər
mikrorayonları və ya kiçik tipli yaşayış məntəqələri olarsa bu növ köçürülmə
həyata keçirilir. Belə hallarda köçürülməli əhalinin və obyektlərin personalının
sayı on nəfərdən min nəfərə kimi ola bilər. Onları ən yaxın yaşayış məntəqələrində
və şəhərin fövqəladə haldan zərər çəkməmiş rayonlarında yerləşdirirlər.
Yerli köçürülmə- fövqəladə zona –aralıq şəhərlər, böyük şəhərlərin ətraf
rayonları, şəhərin özlərində olan zaman bu növ köçürülmə həyata keçirilir. Belə
hallarda köçürülməli əhalinin və obyektlərin personalının sayı bir neçə mindən yüz
minə nəfərə qədər ola bilər. Köçürülənlər isə daha uzaq şəhər və ya digər zonalara
yerləşdirilirlər.
Fövqəladə zonaya düşən əhalinin sayından asılı olaraq köçürülməni belə təsnif
etmək olar:
Ümumi köçürülmə- səfərbərlik vəsiqəsi olan şəxslərin (onlar hərbi komissarlığa
getməlidirlər), eləcə də köçürülməsi qeyri-mümkün sayılan xəstələrdən və onlara
xidmət edən tibbi heyətdən başqa əhalinin köçürülməsini nəzərdə tutur.
Qismən köçürülmə - isə ayrı rateqoriya insanların, yaranacaq təsirə daha həssas
olanların, əmək qabiliyyəti olmayan, habelə istehsalat və xidmət sahələrində
işləməyən əhalinin köçürülməsini nəzərdə tutur.
Şəhərlərdən, rayonlardan və ayrı-ayrı yaşayış məntəqələrindən əhalinin
köçürülməsi barədə qərqrları aşağıda göstərilən vəzifəli şəxslər qəbul edirlər: