Microsoft Word mm cavab az imtahan docx



Yüklə 381,89 Kb.
Pdf görüntüsü
səhifə26/46
tarix09.11.2022
ölçüsü381,89 Kb.
#68159
1   ...   22   23   24   25   26   27   28   29   ...   46
mm cavab01az

Müharibə dövründə - Müdafiə Nazirinin, yaxud müvafiq ərazi icra hakimiyyəti 
başcısının təklifi üzrə - Azərbaycan Respublikasının Prezidenti və ya Baş Naziri; 
Sülh dövründə - ərazisində fövqəladə hallar yaranmış şəhərin (rayonun) icra 
hakimiyyəti başcısı. Bu barədə dərhal Azərbaycan Respublikasının Prezidentinə və
Baş Nazirinə məlumat verilir. Fövqəladə vəziyyətin qüvvədə olduğu müddət 
ə
rzində onun tətbiq edildiyi ərazidə əhalinin yaşayışı üçün təhlükəli olan 
rayonlardan köçürülməsi Azərbaycan Respublikasının Prezidentinin Fərmanına 
ə
sasən həyata keçirilir. 


29. Fövqəladə hallardaköçürmə və onun mahiyyəti.
Köçürmə (təxliyə) –adamların həyatı və fəaliyyəti üçün təhlükə yaranan 
rayonlardan əhalinin mütəşəkkil surətdə çıxarılıb (nəqliyyatda və piyada) 
təhlükəsiz rayonlarda(zonalarda) yerləşdirilməsi üzrə tədbirlər kompleksidir. 
Köçürmə tədbirlərinin yerinə yetirilməsi fövqəladə hallarda əhalinin 
mühafizəsinin ən səmərəli üsullarından biridir. 
Köçürmə tədbirləri həm sülh dövründəki fövqəladə hallarda(təbii fəlakətlər, 
qəzalar və s.), həm də müharibə dövründəki fövqəladə hallarda (müasir kütləvi 
qırğın vasitələri işlədilərkən) əhalinin təhlükəsizliyini təmin etmək üçün həyata 
keçirilir. 
“Sülh və müharibə dövrlərindəki fövqəladə hallarda Azərbaycan Respublikasında 
ə
halinin köçürülməsi haqqında” əsasnamə Azərbaycan Respublikası Nazirlər 
Kabinetinin 1993-cü il 6 avqust tarixli 438 saylı qərarı ilə təsdiq edilmişdir.
Köçürmə tədbirləri əhalini təhlükəli sahələrdən (zədələnmə ocaqlarından) 
təhlükəsiz rayonlara vaxtında çıxartmağa və bunula da fövqəladə halların 
təsirindən törəyən tələfatı maksimal dərəcədə azaltmağa imkan verir. 
Köçürmə tədbirləri düşmən tərəfindən müasir adi silahlar və kütləvi qırğın 
vasitələri tətbiq edilməsi, həmçinin təbii fəlakətlər, güclü istehsalat qəzaları baş 
verməsi ehtimalları nəzərə alınmaqla çox variantlı planlaşdırılmalı, yaranmış 
vəziyyətdən asılı olaraq köçürmə işlərinin müxtəlif variantlarda yerinə yetirilməsi 
nəzərdə tutulmalıdır. 
Köçürülmənin mahiyyəti ondan ibarətdir ki, iri şəhərlərdən, vacib obyektlərdən və 
təhlükəli sahələrdən əhali əvvəlcədən çıxarılıb şəhərdənkənar zonadakı az təhlükəli 
rayonlarda yerləşdirilir. Bunun sayəsində iri şəhərlərin əhalisinin sayı dəfələrlə 
azaldılır, şəhərlərdə qalan (vacib obyektlərdə işlədilən) adamların mühafizə 
qurğularında daldalandırılması işi yüngülləşir, müasir qırğın vasitələrinin 
təsirindən baş verə bilcək tələfatı maksimal dərəcədə azaltmaq imkanı yaranır.

Yüklə 381,89 Kb.

Dostları ilə paylaş:
1   ...   22   23   24   25   26   27   28   29   ...   46




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin