-bina ilə birgə tikilən qurğular (binaların zirzəmisində kürsü və birinci
mərtəbələrində, sənaye müəssisələrinin yeraltı mərtəbələrində və yardımçı
binalarda);
-binadan ayrı tikilən qurğular.
Yüklə
nə
n konstruksiyaların materialına görə
:
-dəmir – beton konstruksiyalı qurğular;
-daş divarlı qurğular.
-meşə materiallarından hazırlanmış konstruksiyalı qurğular.
32. Ə
sas tə
yinatlı otaqlar.
Sığ
ınma otaqları (SO) – əhalinin daldalanması və yerləşdirilməsi üçün bir, iki və
üçmərtəbəli taxtlar yerləşdirilən otaqlardır.
Sığınacaqda adamların daldalanması üçün nəzərdə tutulan otaqların ayrı-ayrılıqda
sahəsi 25 kv.m-dən, ümumi sahəsi 75kv.m –dən az olmamalıdır.
Adamların daldalanması üçün otaqların sahəsi ikimərtəbəli taxtlar qoyularkən hər
adam üçün 0,5kv.m, üçmərtəbəli taxtlar qoyularkən isə 0,4kv.m hesablanmalıdır.
Otaqlarda daxili havanın həcmi hər adam üçün ən azı 1,5 kub.m olmalıdır.
Otaqların hündürlüyü onlardan sülh dövründə nə məqsədlə istifadə ediləcəyindən
asılıdır, lakin döşəmədən üst örtük konstruksiyalarının ən aşağı
hissəsindəki
məsafə 3,5 m-dən çox olmamalıdır. Otağın hündürlüyü 2,15 m-dən 2,9 m-dək olan
hallarda ikimərtəbəli taxtlar, bundan artıq olanda
isə üçmərtəbəli taxtlar
qoyulmalıdır. Sülh dövründə istismar şəraitinə görə hündürlüyü ən azı 1,85 m olan
binalardan sığınacaq kimi istifadə etməyə icazə verilir. Belə hallarda burada ancaq
birmərtəbəli taxtlar qoyulmalıdır.
Daldalanan adamların oturması üçün oturacaqlar hər adam üçün 0,45 × 0,45 m,
yuxarı mərtəbələrdə uzanma yerləri isə 0,55 × 1,8 m hesabı ilə müəyyən edilir.
Taxtların döşəmədən hündürlüyü birinci mərtəbədə 0,45 m, ikinci mərtəbədə-1,4 m
və üçüncü mərtəbədə 2,15 m olmalıdır. Ən yuxarıdakı mərtəbədə otağın üst
örtüyünə (tavanına) və ya tavan konstruksiyasının aşağı hissəsindəki məsafə ən azı
0,75 m götürülür.
Daldalanan adamların oturması və uzanması üçün yerlər stasionar ola bilər
(sığınacaq tikilərkən düzəldilir). Əgər belə taxtlar sığınacaqlardan
sülh dövründə
təsərrüfat ehtiyacları üçün istifadə etməyə maneçilik törədirsə, onlar sığınacaq
mühafizəyə hazırlıq rejminə keçilərkən düzəldilir. Sığınacağın
geniş sahəli
otaqlarını 50-75 nəfərlik otaqlara bölmək lazımdır.
İ
Dostları ilə paylaş: