21. Mülki müdafiə (MM) sistemində dozimetriyanın əsas vəzifəsi. Dozimetriya vasitəsilə aşağıdakı işlər yerinə yetirilir:
-əhalinin həyat fəaliyyətinin və zədələnmə ocaqlarında xilasetmə və digər
təxirəsalınmaz işlərin təhlükəsizliyini təmin etmək üçün şüalanmaların aşkar
edilməsi və ölçülməsi;
-dezaktivasiya və sanitariya təmizlənməsi keçirilməsi zərurətini, bunların
keyfiyyətini müəyyən etmək, habelə zəhərlənmiş ərzaq məhsullarından istifadə
etməyin mümkünlüyünü, normalarını təyin etmək üçün müxtəlif obyektlərin
zəhərlənmə dərəcələrinin ölçülməsi;
-radiasiya baxımından əhalinin və ayrı-ayrı adamların iş qabiliyyətini təyin etmək
məqsədilə şüalanma dozalarının ölçülməsi;
-ərzaq məhsullarının, suyun, alafın radioaktiv maddələrlə zəhərlənmə dərəcələrinin
laboratoriyalarda ölçülməsi;
Dozimetrik cihazlar – onların təyinatına, vericisinin tipinə, ölçülən şüalanmanın
növünə və cihazın sxeminin çevirdiyi elektrik siqnallarının xarakterinə görə təsnif
etmək olar.
Təyinatına görə bütün cihazlar aşağıdakı qruplara ayrılır:
İ
ndikatorlar – radiasiya kəşfiyyatı üçün ən sadə cihazlardır. Bu cihazlar vasitəsilə
ş
üalanmaları aşkar etmək, β və γ – şüalanma dozalarının gücünü təxmini
qiymətləndirmək mümkündür. Cihazlar işıq və səs siqnalı verən sadə elektrik
sxeminə malikdir. İdikatorlar vasitəsilə doza gücünün artdığını və ya azaldığını
təyin etmək olur. Belə cihazlarda verici olaraq qazboşalma sayğacı tətbiq edilir.
Cihazların bu qrupuna DP-64, rəqəmsal CİT 200 və CİT 250; diaqram tipli
rəqəmsal CİT 350, çox kanallı rəqəmsal CIT 650 indikatorlar aiddir.
Rentgenmetrlər – rentgen şüalarının və ya γ-şüalanma dozalarının gücünü ölçmək
üçündür.
Belə cihazların ölçmə diapazonu rentgenin yüzdə bir qismindən bir neçə yüz
rentgen-saata (R/saat) qədərdir.
Bu cihazlarda verici olaraq ionlaşma kameraları və ya qazboşalma sayğacları tətbiq
edilir.
Rentgenmetrlər DP-3, DP-3B, DP-5, A, B, V, İMD – 2H, İMD-1, İMD-21 və s.
belə cihazlardır.