Texnogen xarakterli fövqəladə hallara radiasiya, yanğınlar, partlayışlar
bina və
qurğuların uçması, kimyəvi, radioaktiv və bioloji təhlükəli maddələrin tullantısı ilə
ə
laqədar qəzalar, elektroenergetika sistemlərində, həyat təminatlı kommunal
sistemlərdə, hidrodinamik qurğularda, neft və qaz hasilatı və emalı obyektlərində,
magistral boru kəmərlərində qəzalar, nəqliyyat qəzaları və s.hadisələr daxildir.
Azərbaycan Respublikasının ərazisində yüksək dərəcədə
texnogen təhlükələr
mövcuddur ki, bunlar da müxtəlif növ FH-ın başlıca mənbələridir.
Bunların əsas səbəbləri aşağıdakılardır:
-istehsalat sahələrihdə təhlükəsizliyin dövlət tərəfindən tənzimlənməsi
mexanizminin zəifləməsi; respublikada iqtisadiyyatın
sturukturca yenidən
qurulması prosesinin uzanması nəticəsində istehsalatın bütün sahələrində əmək və
texnoloji intizamın, habelə istehsalatda qəzaya qarşı davamlılıq tədbirlərinin
zəifləməsi;
-bəzi sənaye sahələrində istehsalat vasitələrinin,
xüsusən də texnoloji
avadanlıqların, nəqliyyat vasitələrinin, əsas istehsalat fondlarının yol verilməz
dərəcədə, bir sıra hallarda 90% və daha artıq aşınması;
-sənaye istehsalında təhlükəsizlik texnikasının, xammalın və hazırlanan məhsulun
keyfiyyətcə kəskin surətdə aşağı düşməsi;
-istehsalatda
təhlükəli, zərərli amilləri aşkar və nəzarət edən cihazların, belə
amillərdən kollektiv və fərdi mühafizə vasitələrinin kifayət qədər hazırlanması və
onların keyfiyyətsiz olması;
-ölkədə həyat fəaliyyətinin təmin olunması sahələrində aparılan əsaslı və tətbiqi
tədqiqatların keyfiyyətinin aşağı olması;
-partlayış, yanğın, kimyəvi, radiasiya, bioloji
təhlükəli maddələr və
texnologiyalardan istifadə edilməsinin miqyasca genişlənməsi;
-potensial təhlükəli istehsalat və obyektlərin vəziyyətinə nəzarət və müşahidənin
kifayət dərəcədə olmaması;
-qəza və fəlakətlərin aradan qaldırılması üçün lazımi həcmdə ehtiyatların
olmaması;
-FH-ın baş verməsi ehtimalı olunan zonalarda sosial problemlərin yaranması.
Dostları ilə paylaş: