13. Zəlzələ.Onun növləri və baş vermə səbəbləri. Zəlzələ - yerin təkində süxurların yerdəyişməsi sayəsində , yer qabığının müəyyən
sahələrinin titrəməsidir. Zəlzələ tektonik, vulkanik, eləcə də uçqun və bəndlərin
yarılması nəticəsində meydana çıxan törəmə zəlzələ növləri, sualtı zəlzələ, habelə
yerə meteorit düşməsi və ya planetimizin digər kosmik obyektlərlə toqquşması
nəticəsində baş verən zəlzələ növləri olur.
Tektonik zəlzələ daha tez-tez baş verir. Tektonik zəlzələ-yer qabığının
dərinliklərində litosfer tavalarda baş verən çatlar və yerdəyişmələr nəticəsində
meydana çıxan yeraltı təkanlardan və ya yer səthinin tərpənməsindən ibarətdir.
Zəlzələ zamanı çox güclü enerji meydana çıxır və elastik seysmik dalğalar şəklində
ə
trafa yayılır. Zəlzələ gücünü və xarakterini səciyyələndirən əsas parametrlər –
zəlzələnin maqnitudası, zəlzələ ocağının dərinliyi və yerin səthində zəlzələ
enerjisinin intensivliyidir. Respublikamızın bütün ərazisi zəlzələ təhlükəli
(seysmik) zona sayılır. 1989-cu ildə hazırlanmış sonuncu xəritəyə görə, ərazimizin
hər yerində 8baladək, Şamaxı- İsmayılli, Şəki -Balakən, Gəncə -Göygöl və
Naxçivan MR ərazisi isə 9 baladək zəlzələ ehtimallı zonalar sayılır. Belə zonalar
ə
razimizin 1/4 qədərini təşkil edir, burada əhalinin təxminən 20%-i yaşayır.
Zəlzələ 12 ballıq şkala ilə ölçülür.
Maqnituda – zəlzələnin törətdiyi elastik dalğaların enerjisini xarakterizə edən,
0-dan 8,5-ə qədər həddə dəyişən enerjiyə münasib olan şərti kəmiyyətdir.
Zəlzələnin maqnitudasını ölçmək üçün Rixter şkalasından istifadə edilir ki, bu
ş
kalada hər bir vahid özündən əvvəlki vahidə nisbətən titrəyiş enerjisinin yüz qat
artığına müvafiqdir.
Zəlzələ ocağının dərinliyi-müxtəlif seysmik rayonlarda 0-dan 700 km-dək dəyişə
bilər.
Yer səthində zəlzələ enerjisinin intensivliyi 12 ballıq şkala üzrə ölçülür;
gücünə(intensivlitinə görə) müvafiq olaraq zəlzələlər belə adlanır: hiss edilməyən,
çox zəif, zəif, mülayim, xeyli güclü, güclü, çox güclü, dağıdıcı, dəhşətli,
məhvedici, fəlakət, güclü fəlakət.