Microsoft Word mm cavab az imtahan docx



Yüklə 381,89 Kb.
Pdf görüntüsü
səhifə7/46
tarix09.11.2022
ölçüsü381,89 Kb.
#68159
1   2   3   4   5   6   7   8   9   10   ...   46
mm cavab01az

7. Fövqəladə hallarla mübarizədə Dövlət orqanları və onların vəzifələri. 
Mülki müdafiə ərazi-istehsalat prinsipi üzrə təşkil edilir. Bu, o deməkdir ki, mülki 
müdafiənin bütün tədbirləri həm icra hakimiyyəti xətti üzrə, həm də istehsalat və 
digər təsərrüfat fəaliyyətinə rəhbərlik edən nazirlik və idarələr xətti üzrə 
planlaşdırılır və yerinə yetirilir. 
Yeni Qanuna və Əsasnaməyə müvafiq olaraq Azərbaycan Respublikasında 
Mülki Müdafiə işinə ümumi rəhbərliyi Azərbaycan Respublikasının Pezidenti 
həyata keçirir. Azərbaycan Respublikasının Mülki Müdafiəsinə Respublikanın Baş 
Naziri bilavasitə rəhbərlik edir və mülki müdafiənin qarşısında duran vəzifələri 
həyata keçirməyə daim hazır olması üçün məsuliyyət daşıyır. Mülki müdafiə 
tədbirlərini planlaşdırmaq və həyata keçirməsini təşkil etmək, habelə icraya 
nəzarət məqsədilə Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi gündəlik 
rəhbərlik edir. Yerlərdə mülki müdafiəyə bilavasitə aşağıdakılar rəhbərlik edirlər: 
-Naxçıvan Muxtar Respublikasında–Müxtar Respublikasının Milli məclisinin 
sədri;


-Şəhərlərdə, rayonlarda, kənd və qəsəbələrdə -müvafiq icra hakimiyyəti başcıları 
və onların nümayəndələri; 
-təsərrüfat birliklərində və obektlərdə -onların rəhbərləri və sahibkarları. 
Mülki müdafiənin vəziyyəti üçün həmin şəxslər tam məsuliyyət daşıyırlar və 
bu, onların vəzifə borcuna daxildir. Onların rəhbərliyi qərargah, xidmətlər və başqa 
dövlət orqanları vasitəsilə yerinə yetirilir. 
Mülki müdafiə tədbirlərini planlaşdırmaq, həmin plandan irəli gələn 
vəzifələrin yerinə yetirilməsini təşkil etmək və onların icrasına nəzarət üçün 
yerlərdə mülki müdafiə qərargahları yaradılır. Mülki müdafiə sistemində təsərrüfat 
obyektləri (müəssisələr) mühüm yer tutur. Təsərrüfat obyektləri (müəssisələr) 
mülki müdafiənin təşkilində vacib rola malikdir və əsas mərhələdir. 
Bütün mülki müdafiə tədbirlərinin bünövrəsi məhz burada qoyulur. Obyekt 
dedikdə idarə, müssisə, təhsil müəssisəsi və digər müəssisələr nəzərdə tutulur. 

Yüklə 381,89 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10   ...   46




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin