Microsoft Word mm cavab az imtahan docx



Yüklə 381,89 Kb.
Pdf görüntüsü
səhifə17/46
tarix09.11.2022
ölçüsü381,89 Kb.
#68159
1   ...   13   14   15   16   17   18   19   20   ...   46
mm cavab01az

20. Enerji sistemlərində, mühəndis və texnoloji şəbəkələrində qəzalar.
Enerji sistemlərində zədələnmələr tufan, partlayış, yanğın, qurğunun dağılması 
nəticəsində, eləcə də sistemin özündəki qəzalar üzündən baş verə bilər.
Nəqliyyat sahəsində qəzaların ən cox baş verən hadisələrdəndir. Dünyada baş 
verən texnogen mənşəli fövqəladə hadisələrin 2/3 hissəsi nəqliyyatda baş verən 
qəzalarla xarakterizə olunur. Yerdə qalan digər üçdə bir hissəni sənaye və enerji 
obyektlərində baş verən ən iri həcmli yanğınlar və digər texnogen fəlakətlər təşkil 
edir. Hazırda mövcud olan hava, dəmir yolu, su, avtomobil, boru kəməri, habelə 
kosmik nəqliyyat növləri arasında avtomobil nəqliyyatı qəzaların sayına görə 
birinci yer tutur. Nəqliyyat vasitələrində avtomobillərin, dəmir yolu qatarlarının 
toqquşmasından, tormozların sıradan çıxmasından, yanğın və partlayışlardan baş 
verən qəzalardan əlavə, yerüstü nəqliyyat kommunikasiyalarında, xüsusən də təbii 
fəlakətlər zamanı, yolların nasazlığı nəticəsində qəzalar olur. 


Respublikamızın ərazisində ümumən 0,08 min kv.km sahədə kimyəvi 
zəhərlənmə baş verə bilər ki, burada təxminən 231 min nəfər əhali yaşayır. Belə 
təhlükə ən çox Abşeron yarımadası, Bakı, Sumqayıt, Şirvan və Gəncə şəhərləri 
üçün xarakterikdir. Qeyd etmək kifayətdir ki, 1992-1998-ci illərdə belə 
obyektlərdə kimyəvi təhlükəli maddələrin ətraf mühitə sızması ilə nəticələnən 
ondan çox qəza olmuş, bu zaman yüzdən artıq adam zərər çəkmişdir. Atmosferin, 
su hövzələrinin və torpaağın sənaye tullantıları və digər maddələrlə çirklənməsi, 
zəhərlənmələrə məruz qalması son dərəcə təhlükəlidir, çünki belə hallar təbiətdə 
ekoloji tarazlığı pozur. 
Müasir sənaye müəssisələrində su kəmərinin, digər energetika və kommunal –
mühəndis şəbəkələrinin nə demək olduğu bu müəssisəiərdə istehsalın nəhəng 
enerji tutumunu xarakterizə edən rəqəmlərdən məlum olur: 1 ton koksun, istehsalı 
üçün 3 kub metr, poladın istehsalı üçün 20 kub metr, çuqun üçün 250 kub metr, 
quru kənd təsərrüfatı bitkilərinin istehsalı üçün 500 kub metr və s. su tələb olunur.

Yüklə 381,89 Kb.

Dostları ilə paylaş:
1   ...   13   14   15   16   17   18   19   20   ...   46




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin