Nizaminin qadını: Onların sayı 3-dür. Lakin şair onları bir-birinin ölümündən
sonra almışdır. Özünün yazdığına görə ən gözəl günlərini birinci arvadı qıpçaq qızı
Afaqla keçirmişdir. Oğlu Məhəmməd də elə həmin Afaqla izdivacındandır. Dərbənd
şahı Afaqı Nizamiyə kəniz kimi göndərsə də, şair Afaqıın təmiz xislətini görüb onu
özünə ömür-gün yoldaşı etmişdir. Şair “Xosrov və Şirin” poemasını yazarkən Afaqı
nəzərdə tutduğunu vurğulamışdır.
Nizaminin ikinci və üçüncü qadını olduğu təsdiqlənsə də, nə şair özü, nə də
təzkirəçilər heç onların adlarını belə çəkməmişlər. Fikrimizcə, Nizami Afaqı sidq
ürəkdən sevdiyi üçün, digər o iki qadınla sadəcə olaraq bir yerdə yaşamaq xatirinə
evlənmişdir.
“Xosrov və Şirin” əsərinin 429-cu səhifəsində Nizami göstərir ki, Afaqın ölümü
onu çox sarsıdır və o, bundan sonra yaşamağın ləzzətini itirir. Daha sonra “Leyli və
Məcnun” və “İqbalnamə”də də buna işarə edir, təəssüflənir.