Microsoft Word mulki huquq doc



Yüklə 8,78 Mb.
Pdf görüntüsü
səhifə710/1820
tarix28.12.2021
ölçüsü8,78 Mb.
#17088
1   ...   706   707   708   709   710   711   712   713   ...   1820
haqqında müqavilədir. Bu müqaviləyə görə, əsas iştirakçı (idarə edən) təsərrüfat (sahibkarlıq) fəaliyyəti məsə-

lələri özrə törəmə cəmiyyətə məcburi göstərişlər verir, törəmə cəmiyyət isə bu göstərişləri yerinə yetirmək vəzi-

fəsini daşıyır. Bu  göstərişləri  yerinə  yetirmək və icra etmək üçün törəmə cəmiyyət müxtəlif mülki-hüquqi və 

ticarət xarakterli əqdlər (müqavilələr) bağlaya bilər. Bağlanmış bu əqdlər özrə əsas iştirakçı törəmə cəmiyyətlə 

birgə məsuliyyət daşıyır (MM-in 67-ci maddəsinin 3-cü bəndi).  

Bəzən  əsas  iştirakçının  təsərrüfat  (sahibkarlıq)  fəaliyyəti  barəsində  verdiyi  məcburi  göstərişlərin  törəmə 

cəmiyyət tərəfindən icra edilməsi nəticəsində bu cəmiyyətə zərər vurulur. Söhbət əsas iştirakçının təqsirli hərə-

kətlərə yol verməsindən, onun təqsiri özündən törəmə cəmiyyətə zərər dəyməsindən gedir. Belə halda törəmə 

cəmiyyətin  iştirakçıları  (səhmdarları)  əsas  iştirakçıdan  həmin  zərərin  əvəzinin  ödənilməsini  tələb  edə  bilərlər 

(MM-in 67-ci maddəsinin 4-cü bəndi). Zərərin əvəzinin ödənilməsi barədə tələb iştirakçılar (səhmdarlar) tərə-

findən cəmiyyətin mənafeyi üçün müvafiq məhkəmə iddiası verilməsi yolu ilə irəli sürülə bilər.  

Elə hallar da olur ki, əsas iştirakçı törəmə cəmiyyətin işlərini və fəaliyyətini lazımınca, səmərəli idarə edə 

bilmir. O, təsərrüfat və sahibkarlıq fəaliyyəti məsələləri barəsində törəmə cəmiyyətə effekti olmayan məcburi 

göstərişlər  verir.  Bu  göstərişlərin  cəmiyyət  tərəfindən  icra  olunması  nəticəsində  cəmiyyətin  əmlakının  dəyəri 

onun kreditorlarının tələblərini ödəmək üçün kifayət etmir. Beləliklə, törəmə cəmiyyət müflisləşir, yəni müflis 

olur.  


Bu cür hallarda əsas iştirakçı törəmə cəmiyyətin kreditorlara olan borclarına görə subsidiar məsuliyyə

daşıyır (MM-in 67-ci maddəsinin 5-ci bəndi). Belə ki, birinci növbədə kreditorların borcu ödəmək barədə tə-

ləbləri törəmə cəmiyyətin özünə verilir. Əgər cəmiyyətin əmlakı bu tələbləri təmin etmək üçün kifayət etmədik-

də, kreditorların tələbləri əsas iştirakçıya yönəlir. Bu, yalnız o halda mümkün ola bilər ki, törəmə cəmiyyət əsas 

iştirakçının təqsiri özündən müflisləşsin, yəni əsas iştirakçının təqsirli hərəkətləri ilə nəticə — müflisləşmə ara-

sında səbəbli əlaqə olsun. Subsidiar məsuliyyətin tətbiq olunması üçün törəmə cəmiyyətin müflisləşməsində də 

ə

sas iştirakzının (əsas ortaqlığın və ya cəmiyyətin) təqsiri sübuta yetirilməlidir.  



Hal-hazırda «əsas iştirakçı — törəmə cəmiyyət» konstruksiyası (hüquqi modeli) maliyyə-sənaye qruplarının 

yaradılmasında istifadə oluna bilər. Bu qrupun iştirakçıları arasında qarşılıqlı münasibətlərin həmin konstruksi-

ya (model) əsasında qurulması istisna edilmir.  


Yüklə 8,78 Mb.

Dostları ilə paylaş:
1   ...   706   707   708   709   710   711   712   713   ...   1820




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin