225
Asılı cəmiyyətin əsl hüquqi təbiətini müəyyənləşdirmək üçün onu törəmə cəmiyyəti ilə müqayisə etmək la-
zımdır. Birinci fərqli cəhət ondan ibarətdir ki, asılı təsərrüfat cəmiyyətində çıxış edən üstün iştirakçı təsərrüfat
və sahibkarlıq fəaliyyəti məsələləri özrə bu cəmiyyətə məcburi göstərişlər verə bilməz. Üstün iştirakçının im-
kanı onunla müəyyənləşdirilir ki, o, səhmlərin xeyli hissəsini əldə etməklə asılı cəmiyyətin qərar qəbul etməsi-
nə təsir göstərə bilər.
kinci fərqli cəhət ondan ibarətdir ki, əgər törəmə cəmiyyətə münasibətdə əsas iştirakçı geniş səlahiyyətlərə
malikdirsə, asılı cəmiyyətə münasibətdə üstün iştirakçının bu cür geniş səlahiyyətləri yoxdur.
Dostları ilə paylaş: