Maliyyə-sənaye qrupu dedikdə, müqavilə əsasında öz aktivlərini tamamilə və qismən birləşdirmiş hüquqi
şə
xslərin (əsas və törəmə müəssisələrin) birliyi (məcmusu) başa düşülür. Bu qrupun yaradılmasının əsas məqsə-
di istehsalın rəqabət qabiliyyətini və səmərəliliyini yüksəltmək, ixracat potensialını artırmaq, investisiya layihə-
lərini (proqramlarını) birgə həyata keçirmək məqsədi ilə qrup iştirakçılarının maddi-maliyyə ehtiyatlarını birləş-
dirməkdən və investisiyalar cəlb etməkdən ibarətdir.
Törəmə təsərrüfat cəmiyyəti kimi, asılı təsərrüfat cəmiyyəti də hüquqi şəxslərin müstəqil təşkilati-hüquqi
forması hesab edilmir. O, nə də təsərrüfat cəmiyyətinin müstəqil bir növü kimi tanınır və nəzərdə tutulur.
MM-in 68-ci maddəsi asılı təsərrüfat cəmiyyətinin hüquqi statusunu müəyyənləşdirir. Bu maddə həm də
onun leqal anlayışını formulə edir.
Dostları ilə paylaş: |