20. Məhsuldar laylaların açılması
Neft və qaz yataqlarının kəsilişində külli miqdarda məsaməli laylara – kollektorlara rast gəlinir: qum, qum
daşı, əhəng və s. Bunlar, gillər, mergeller, bərkimiş qumdaşları ilə bir-birindən təcrid edilmiş olurlar. Bu laylar
adətən, neftli, qazlı, sulu və ya bunlarsız, yəni quru olurlar.
Quyunun tamamlanması zamanı quyudibi quruluşa xüsusi diqqət yetirilməlidir. Qazıma təcrübəsində laya
daxil olmada aşağıdakı üsullar tətbiq edilir:
I üsul
. Məhsuldar lay yuxarıda yerləşən süxurları qazıyan balta ilə açılır. Quyuya aşağı hissəsi perforasiya
olunmuş süzgəc rolunu oynayan istismar kəməri endirilir. Quyu məhsuldar laydan yuxarı sementlənir.
II üsul
. I-ci üsuldan onunla fərqlənir ki, quyu qazıldıqdan sonra istismar kəməri endirilir və sementlənir.
İstismar kəməri ilə məhsuldar lay arasında əlaqə yaratmaq üçün onu perforasiya edirlər.
III üsul
. Məhsuldar lay açılmazdan əvvəl yuxarıda yerləşən süxur qatını qoruyucu kəmərlə bağlayırlar və
onu sementləyirlər. Bundan sonra məhsuldar layı kiçik diametrli balta ilə qazırlar və lüləni açıq saxlayırlar..
IV üsul
. Əvvəlki üsuldan fərqli olaraq məhsuldar layda quyu lüləsi pakerlə
izolə edilmiş və qoruyucu
kəmərdən asılmış süzgəclə təmin edilirlər.
V üsul
. Bu üsulda məhsuldar laya qədər qoruyucu kəmər endirib onu sementləyirlər.
Bundan sonra
məhsuldar layı kiçik diametrli balta ilə qazırlar və quyruq kəməri vasitəsilə layı bağlayırlar.
Quyruq kəməri
bütün uzunluğu boyu sementlənir və lazım olan intervalların qarşısı perforasiya edilir.
21. İstismar kəmərinin perforasiya edilməsi üsulları
Yuxarıda qeyd etdiyimiz kimi layların açılmasının iki növü mövcuddur:
1.İlkin açılma;
2.Təkrar açılma.
İlkin açılmada laya qazıma zamanı daxil olunur.
Təkrar açılma zamanı lay ilə quyu gövdəsi arasında əlaqənin yaradılması
üçün müxtəlif növlü və
konstruksiyalı deşici və partlayış yaradan aparatlardan istifadə olunur. Layların təkrar açılması
perforatorlar
vasitəsilə həyata keçirilir. Bir neçə növ perforator vardır:
1. Hidroqumşırnaqlı;
2. Kumulyativ;
3. Gülləli;
4. Torpedalı.