8. Quyu quruluşunun yüngülləşdirilməsi Quyu quruluşunun yüngülləşdirilməsi
- quyuya endiriləcək konduktorun, aralıq kəmərinin və istismar
kəmərinin diametrinin mümkün qədər kiçik götürülməsidir:
1. Quyuya endiriləcək kəmərlərdən hər hansı birinin, yaxud ikisinin ixtisara salınmasının mümkünlüyü;
2. Konduktor yaxud aralıq kəmərinin endirilmə dərinliyinin azaldılmasının mümkünlüyü başa düşülməlidir.
Nəticədə xeyli metala və vəsaitə qənaət etmək olur.
a)quyunun qazılması məqsədi;
b)quyunun layihə horizontu dərinliyi və istismar kəmərinin diametri;
c)stratiqrafik kəsiliş üzrə lay təzyiqinin və süxurların yarılma təzyiqi qiymətləri;
ç)süxurlarin bərkliyi üzrə xarakteristikası;
d)quyunun qurtarması və istismarı üsulları;
e)quyunun profili (şaquli, maili,və üfqi ), şaquli oxdan layihə üzrə inhirafı, zenit (əyrilik) və azimut
bucağının dəyişməsi tempi.
9. Qoruyucu kəmərlərin təchizatı üçün qurğu və alətlər (başmaq istiqamətləndirici tıxaclar). Başmaq istiqamətləndirici tıxacları qoruyucu kəmərlərin başmağına bərkidilir və onun quyuya
endirilməsi zamanı istiqamətləndirilməsinə qulluq edir. İstiqamətləndirici tıxac olmadıqda kəmərin başmağı
quyu divarından gil qabığını və süxuru kəsir. Nəticədə, quyu lüləsi güclü çirklənir kəmərin aşağı hissəsi süxurla
dolur və salnik əmələ gətirir və ya qazıma məhlulunu sıxışdırmaq olmur. Hazırda bir neçə tipdə
istiqamətləndirici tıxaclar tətbiq edilir; ağac, beton, çuqun, və rolad «hörümçək».
Bir çox hallarda istismar və quyruq kəmərinin quyuya buraxılması zamanı istiqamətləndirici tıxacları
başmaq əvəzinə kəmər «hörümçəklə» qurtarır.
Kəmər başmağı qoruyucu kəmərin aşağı ucunun əzilmədən qorunması üçün birinci boruya uzunluğu 0,5
m olan qalın divarlı boru parçası bağlanır. Başmağın xarici diametri boru muftasının diametrinə daxili diametri
isə qoruyucu borunun daxili diametrinə bərabər olur.
Qoruyucu kəmər quyuya seksiyalarla endirildikdə ikinci və sonrakı seksiyalarda birinci boruya başmaq
əvəzinə qazıma və sement məhlulunun çıxması üçün yan deşikli boru bağlanır.