Microsoft Word Neft-qaz quyularının tamamlanması. docx


Quyu quruluşu haqqında anlayış



Yüklə 166,98 Kb.
Pdf görüntüsü
səhifə2/12
tarix11.07.2023
ölçüsü166,98 Kb.
#136327
1   2   3   4   5   6   7   8   9   ...   12
Neft-qaz quyularının tamamlanması

2. Quyu quruluşu haqqında anlayış. 
Quyuya endiriləcək qoruyucu kəmərlərin sayı, endirilmə dərinlikləri, diametrləri, kəmər arxası fəzada 
sementləmə intervallarının hündürlükləri, quyu lüləsinin ayrı-ayrı intervallarını qazacaq baltaların diametrləri 
haqqında olan məlumatlar kompleksinə (toplusuna) quyu quruluşu deyilir (şəkil 2.1). Seçilmiş quyu quruluşu 
aşağıdakıları təmin etməlidir: 
1.Texniki tikinti kimi quyunun möhkəmliyini və uzun müddət işləməsini
2.Quyunun layihə dərinliyinə qədər çatdırılmasını; 
3.İstismarın layihə rejimlərinə nail olunmasını; 
4.Neft və qazın hərəkəti üçün təbii enerjidən maksimum və tam istifadə edilməsini; 
5.Qaz, neft, su basqılı horizontların etibarlı izolə edilməsini; 
6.Yatağın kəşfiyyatı və işlənməsinə sərf ediləcək maddi vəsaitin minimuma endirilməsini. 
3. Quyuya endiriləcək qoruyucu kəmərlərin növləri. 
Quyu quruluşunun layihələndirilməsi zamanı qoruyucu kəmərlərin aşağıda qeyd edilən növlərindən istifadə 
edilə bilər: 
İstiqamətləndirici
–dəyanətsiz süxurlardan təşkil edilmiş yuxarı intervalın möhkəmləndirilməsi, 
konduktorun yerini qazarkən quyu ağzının yuyulub dağılmasının qarşısını almaq və quyu ağzını nov sistemi ilə 
birləşdirmək üçün istifadə edilir. 
Konduktor
–kəsilişin yuxarı intervalında dəyanətsiz suxurları möhkəmlətmək, sulu layları çirklənmədən 
qorumaq, quyu ağzında təzahürlər əleyhinə avadanlığı quraşdırmaq və sonrakı qoruyucu boruların asılmasını 
təmin etmək üçündür. 
Aralıq kəməri
(texniki kəmər)–geoloji kəsilişin yuxarıda yerləşən qazıma zonasında qazıma şəraitlərinin 
aşağıda yerləşən zonanın qazıma şəraitlərinə uyğun olmayan horizontlarını möhkəmlətmək, qazıma məhlulunun 
intensiv udulması baş verən zonaları izolə etmək, və sonrakı intervalların qazılması zamanı baş verə biləcək 
mürəkkəbləşmələrin qarşısını almaq üçündür. 
İstismar kəməri
–məhsuldar qatı quyunun geoloji kəsilişində olan başqa horizontlardan izolə etmək, 
məlum üsullarla neftin və qazın istismarını təmin etmək üçündür. 
Quyruq kəməri
–ehtiyac olarsa quyu lüləsinin açıq hissəsini möhkəmləndirmək üçündür, o, əvvəlki 
qoruyucu kəmərin içərisinə 100 m-dən az olmayaraq daxil olmalı və ondan asilmalıdır. 
Letuçka
-xüsusi aralıq kəməri olub, yalnız yaranmış mürəkkəbləşmələri təcili surətdə ləğv etmək üçün 
istifadə edilir. Onun, nə ondan əvvəl, nə də ondan sonra buraxılan kəmərlərlə əlaqəsi olmur (layihədə nəzərdə 
tutulmayan əlavə kəmərdir). 

Yüklə 166,98 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   12




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin