Microsoft Word Neft-qaz quyularının tamamlanması. docx


Quyuların sementlənməsində məqsəd



Yüklə 166,98 Kb.
Pdf görüntüsü
səhifə9/12
tarix11.07.2023
ölçüsü166,98 Kb.
#136327
1   ...   4   5   6   7   8   9   10   11   12
Neft-qaz quyularının tamamlanması

16. Quyuların sementlənməsində məqsəd. 
Neft və qaz quyularının qazılması neft və qaz layları ilə yer səthi arasında əlaqə yaratmağa imkan verir. 
Ancaq faydalı qazıntıların çıxarılması üçün etibarlı kanalın olması çox vacibdir. Bu kanal neft və qazın 
maneəsiz nəqlini təmin etməlidir. Quyuya qoruyucu kəmərlərin endirilməsi və kəmər arxasının sementlənməsi 
məhz bu məqsədə xidmət edir. Bunun üçün laylar bir-birindən təcrid edilməli və quyu divarı 
möhkəmləndirilməlidir. Yalnız bu halda quyunun uzun müddət istismar edilməsi təmin edilir. 
Quyunun möhkəmləndirilməsi və layların təcrid edilməsi quyuda görülən son işlərə aid edilir. Layları bir-
birindən ayırmaq üçün qoruyucu kəmər içərisinə vurulan sement məhlulu quyudakı qazıma məhlulunu 
sıxışdırıb çıxarır və basıcı mayenin köməkliyi ilə kəmərarxası fəzada hesablanmış hündürlüyə qaldırılır. Sement 
məhlulunun boruarxası fəzaya sıxışdırılıb çıxarılması quyunun sementlənməsi prosesi adlanır. Xüsusilə dərin 
quyuların sementlənməsi çox məsul bir işdir və bu işdə kiçik bir uyğunsuzluq əvvəl görülən bütün işləri və 
müvəffəqiyyətləri heçə endirə bilər. Keyfiyyətsiz sementləmə çox hallarda quyuda baş verən qaz neft 
təzahürlərinin, qrifonların, açıq neft və qaz fontanlarının baş verməsinin yeganə və əsas səbəbkarı olur, 
məhsuldar layda neft və qazın ehtiyatını düzgün təyin etməyə imkan vermir, neftin, qazın və suyun bir laydan 
başqa laya axmasına səbəb olur, məhsuldar qatın tez sulaşmasına şərait yaradır və s. Keyfiyyətli sementləmə isə 
yuxarıda qeyd edilən bütün nöqsanları aradan qaldırır, yerin təkini qoruyur, ekologiyanı mühafizə edir. Odur ki, 
quyunun keyfiyyətlə sementlənməsi çox ciddi iş olmaqla yanaşı, həm də vacib məsələdir və bu işə böyük 
məsuliyyətlə yanaşmaq lazımdır. 
16. Quyuların sementlənməsi üsulları 
Bütün sementləmə üsulları bir məqsədə xidmət edir: boruarxası fəzadakı qazıma məhlulunu sement 
məhlulu ilə sıxışdırıb çıxarmaq və kəmər arxasında sement məhlulunu tələb olunan yüksəkliyə qaldırmaq. 
Bunun nəticəsində boruarxası fəzada yerləşən laylardakı bütün mayelərin, yaxud qazın bir-biri ilə əlaqəsi kəsilir 
və boruarxası fəzada bütün növ təzahürlərin qarşısı alınır, məhsuldar qat kənar suların təsirindən azad edilir


uçulmaya meylli süxurların uçulmasının qarşısı alınır, qoruyucu kəmərin lay sularının təsirindən korroziyaya 
uğramasına imkan olmur, məhsuldar obyektlərin uzun müddət izolə edilmiş şəkildə qalması təmin edilir. 
Ümumiyyətlə, aşağıdakı sementləmə üsulları vardır: bir pilləli sementləmə, ikipilləli sementləmə, quyruq 
kəmərinin sementlənməsi, manjet üsulu ilə sementləmə, təzyiq altında sementləmə, buna Baybakov üsulu ilə 
sementləmə də deyirlər.

Yüklə 166,98 Kb.

Dostları ilə paylaş:
1   ...   4   5   6   7   8   9   10   11   12




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin