Microsoft Word Neft-qaz quyularının tamamlanması. docx


Quyuların sementlənməsi üçün avadanlıqlar



Yüklə 166,98 Kb.
Pdf görüntüsü
səhifə10/12
tarix11.07.2023
ölçüsü166,98 Kb.
#136327
1   ...   4   5   6   7   8   9   10   11   12
Neft-qaz quyularının tamamlanması

 
17. Quyuların sementlənməsi üçün avadanlıqlar 
Quyuların sementlənməsi üçün lazım olan avadanlıqlara, sementləmə aqreqatları, sementqarışdıran qurğu, 
sementləmə başlığı, sementləmə tıxacları və başqa xırda avadanlıqlar (yüksək təzyiqli kranlar, məhlul paylayıcı 
qurğu, elastik metal şlanq və.s). 
Sementləmə aqreqatının köməyilə sementin qarışdırılması (əgər sement qarışdırıcısından istifadə edilməsə) 
yerinə yetirilir, sement məhlulu quyuya vurulur və boruarxası fəzaya sıxışdırılır. Bundan başqa sementləmə 
aqreqatı başqa işləri görmək üçün də istifadə edilir (sement körpüsünün qoyulması, neft vannası, qoruyucu 
kəmərlərin hermetikliyinin yoxlanması və.s). İşin xarakterindən asılı olaraq sementləmə aqreqatları hərəkət 
edən tipdə hazırlanır, belə ki, bütün lazım olan avadanlıqlar yük maşınında quraşdırılır. Sementləmə prosesində 
tamponaj-sement məhlulu hazırlamaq üçün hidrovakkum tipli qarışdırıcı ilə təchiz olunmuş sement qarışdırıcı 
qurğu tətbiq edilir. Sementləmə başlığının vəzifəsi quyuların yuyulması və sementləməni yerinə yetirməkdir. 
Quyuya endirılmış qoruyucu kəmər xüsusi sementləmə başlığı ilə təchiz olunur və vurucu boru xətti ilə 
(manifold) sementləmə aqreqatına birləşdirilir.
Qoruyucu kəmərə bağlanan sementləmə başlığının diametri 140-340 mm olur. 
Sementləmə tıxacı qoruyucu kəmərin sementlənməsi zamanı qazıma məhlulunu və basqı mayesini sement 
məhlulundan ayırmaq və sement məhlulunun sıxışdırılmasının sonunu bildirən xəbərdarllığın alınması üçündür
İkipilləli sementləmə zamanı xüsusi sementləmə tıxaclarından istifadə edirlər
18. Bir pilləli sementləmə 
Qoruyucu kəmər quyuya endirildikdən sonra quyu ağzındakı birinci borunun ucuna sementləmə başlığı 
bağlanır və quyunu yumağa başlayırlar. Quyunun yuyulması o vaxta qədər davam edir ki,qazıma məhlulu özü 
ilə süxur hissəcikləri çıxarmır, başqa sözlə desək yuma zamanı quyuya daxil olan və quyudan çıxan qazıma 
məhlulunun xüsusi çəkiləri eyni olsun. Quyunun yuyulması zamanı nasosun yaratdığı təzyiq qeydə alınmalıdır. 
Bu müddət ərzində aqreqatlardan sementləmə başlığına gələn xətlər (3 dəqiqə müddətinə) sınaqdan 
keçirilməlidir. Sınaq təzyiqi hesablanmış gözlənilən təzyiqdən 1,5 dəfə çox olmalıdır. Bu hazırlıq işləri 
görüldükdən sonra quyunun sementlənməsinə başlamaq olar. Sementləmə prosesinə başlamazdan əvvəl quyuya 
kiçik həcmdə (3 

4 m
3
) bufer mayesi (su, yaxud neft) vurmaq məsləhət görülür. Bufer mayesindən sonra (dərin 
quyularda) aşağı sementləmə tıxacı buraxılır sonra sementqarışdırıcı maşınların və sementləmə aqreqatlarının 
köməyi ilə sement məhlulunu hazırlayırlar. Sement məhlulu aqreqatlar vasitəsilə quyuya vurulur. Bundan sonra 
sementləmə başlığı içərisində yerləşdirilmiş yuxarı tıxac kəmərin içərisinə buraxılır (vinti açmaq yolu ilə) 
Beləliklə, sement məhlulu iki tıxac arasında kəmərin içərisi ilə hərəkət edir (şəkil 5.5b). Bundan sonra sement 
məhlulunun sıxışdırılıb kəmər arxasına çıxarılması üçün əvvəlcədən həcmi hesablanmış basıcı maye (qazıma 
məhlulu) aqreqatlar vasitəsi ilə kəmərin içərisinə vurulur (şəkil 5.5c).
Basıcı mayenin həcminin 0,5-1,0 m
3
-qalmasına yaxın aqreqatlardan ya biri, ya da ikisi işləyir, qalan 
aqreqatlar isə dayandırılır. Bu sementləmə prosesinin qurtarmasını aydın müşahidə etmək üçün edilir. Belə ki, 
yuxarı tıxac, aşağı tıxacın üzərinə oturan kimi quyu ağzındakı manometrdə təzyiq bir an içərisində 10-15 atm 
artır. Bu isə sementləmənin qurtardığını bildirir və işləməkdə olan aqreqat dərhal dayandırılır (şəkil 5.5ç). 
Sementləmənin sonunda təzyiqin bir an içərisində qalxması 

Yüklə 166,98 Kb.

Dostları ilə paylaş:
1   ...   4   5   6   7   8   9   10   11   12




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin