__________________Milli Kitabxana__________________ 99
toplanan bu mürəkkəb çürüntü maddələri azotla zəngin olur və təbii
olaraq torpağın məhsuldarlığını artırır. Bu çürüntü, obrazlı şəkildə
desək, bitki üçün zəruri elementlərin anbarıdır. O mikrobların
minerallaşdırıcı fəaliyyəti nəticəsində tədricən bitkilər tərəfindən
mənimsənilir. Təbii şəraitdə bu çürüntü torpağın səthini millimetrin
1/1000-i qədər, xüsusi əlverişli hallarda isə 1/100-i qədər qalınlığı
olan pərdə kimi örtür.
Torpaqda yaşayan mikrobların qəribə xüsusiyyətləri var. Onların
bəzisi atmosferdəki molekulyar azotu birbaşa mənimsəyir və ondan öz
zülallarını yaratmaqda istifadə edir. Beləliklə, mikroblar torpağı bu
qiymətli elementlə zənginləşdirir. Həmin minerallar sonra torpaqdan
bitkilərə və bitkilər vasitəsilə başqa canlı orqanizmlərə keçir.
Torpaqda daimi bir mübadilə gedir. Bitkilər mikroorqanizmlərə üzvi
karbon, onlar isə öz növbəsində bitkilərin mənimsəyə bildiyi formada
mineral elementlər hazırlayır.
Beləliklə, mikroorqanizmlər biosferdə maddələrin dövri
hərəkətində ən zəruri bir mövqe tutur, onlar fasiləsiz olaraq torpağa
daxil olan külli miqdarda üzvi maddələr ehtiyatını emal edərək
tədricən minerallaşdırır və atmosfer azotunu özündə toplayan
birləşmələr əmələ gətirir. Təbii şəraitdə torpağın məhsuldarlığını
artıran qida maddələrinin dövri hərəkəti təxminən bu şəkildə baş verir.
Lakin hər il bitkilər vasitəsilə torpaqdakı qida elementlərinin böyük
bir kütləsi ayrılır və onun məhsuldarlığını azaldır. Ona görə də kütləvi
şəkildə süni mineral gübrələrin tətbiq edilməsi, kənd təsərrüfatındakı
elmi-texniki tərəqqinin əsas tərkib hissələrindən biri hesab olunur.
Indi insanlar mikroorqanizmlərin funksiyalarını öz əllərinə alaraq
onların həlledici rolunu zəiflətmişlər. Buna baxmayaraq
mikroorqanizmlərin üzvi maddələri minerallaşdırması prosesi
elementlərin dövri hərəkətində yenə də mühüm bir yer tutur. Təxmini
hesablamalara görə torpaq mikroorqanizmləri ildə on milyonlarla ton
atmosfer azotunu özlərinə cəlb edir. Dünya sənayesinin istehsal etdiyi
bu qiymətli gübrənin miqdarı isə 30 mln t-na qədərdir. 1980-ci ildə
azotun bütün dünya üzrə süni gübrə şək-