__________________Milli Kitabxana__________________ 98
qayda ilə lent üzərində qarpızın yetişmə əyrisi qurulur. Həmin prinsipə
əsaslanan cihazlar xiyarın, kök və bir sıra başqa məhsulların da
yetişmə prosesini öyrənməyə kömək edir. Cihazın göstərişlərinə
görə, qarpız ilk vaxtlarda gecə-gündüz böyüyür. Sonra bu proses
müəyyən qaydaya düşür. O ancaq gecələr böyüyür və orta hesabla
öz çəkisini gündə 300 q artırır, gündüzlər isə istirahət edir və gündə
çəkisindən 40 q itirir. Bu cihazlar, fosfor, kalium və azot kimi
gübrələrin bitkilərə hansı miqdarda lazım olduğunu da təyin etməyə
imkan verir. Cihazın verdiyi böyümə əyrisnə görə qarpız fosforu çox
sevir. Deməli, bol məhsul götürmək üçün bu cihazların köməyindən
istifadə etmək olar. Cihazın göstərişlərinə görə istilik
şitilliklərindəki xiyarlar gecələr yetişir, səhər açılanda isə bu proses
dayanır. Bərk isti də yetişmə prosesinə mənfi təsir göstərir. Bitkilər
belə şəraitdə fəaliyyətsizləşir.
İstilik şitilliklərində suvarma şlanqla aparıldıqda bu, xiyarın
yetişməsini yubadır, süni suvarmada isə xiyarın çəkisi və boyu gecə-
gündüz artır. Buradan belə bir nəticə çıxır ki, məhsulun tez yetişməsi
və bol olması üçün süni yağış yağdırmaqla aparılan suvarmadan
istifadə etmək lazımdır.
Kənd təsərrufatı yeniliklərindən biri də son zamanlar torpaq
bakteriyalarına olan münasibətin bir qədər dəyişməsidir.
Bizi ahatə edən aləm adi gözdə görünməyən mikroorqannzmlərlə
doludur. Mikroorqanizmlər maddələrin torpaqdakı dövri hərəkətində
iştirak edərək torpağın məhsuldarlığını artırır.
Boy atan bitkilər öz köklərilə torpaqdan su və onda həll olan
mineral maddələri qəbul edir.
Bitkinin yarpaqlarında Günəş işığının enerjisinin təsirilə karbon
qazı və su üzvi maddələrə çevrilir. Bitki və heyvanlar tələf olduqda bu
üzvi maddələr yenidən torpağa qayıdır, mikroorqanizmlər bunları
parçalayaraq ilkin maddələrə- minerallara çevirir, bu yolla ayrılan
mineral elementlər yenidən bitkilərin köklərinə daxil olur. Lakin üzvi
maddələrin çoxu tam parçalanmır, azacıq çevrilmə prosesindən sonra
çürüntü əmələ gətirir. Min illər ərzində