Microsoft Word P. doc titul doc



Yüklə 0,92 Mb.
Pdf görüntüsü
səhifə89/100
tarix20.05.2022
ölçüsü0,92 Mb.
#58783
1   ...   85   86   87   88   89   90   91   92   ...   100
P. pa ayev t B t elml R N N laq L YR N LM S

__________________Milli Kitabxana__________________ 
95 
əks etdirən biliklərin riyazi prinsiplərini yaratmaq mümkün deyil
lakin bioloji reallıqla adekvat olan model üçün riyazn aparat qurmaq 
olar. Bu halda biori riyaziyyatçı mühəndis kimi bir mövqe tutur. 
Mühəndis də verilmiş funksiyaları yerinə yetirə bilən mexanizm 
qurur və konstruksiya müəyyən şərtlər daxilində veridən funksiya ilə 
adekvat olur. Bu cəhətdən kibernetik modelləşmə çox faydalıdır. 
Kibernetika canlı orqanizmlərlə kibernetik qurğular arasındakı 
analogiyadan istifadə edərək biologiyanın 
eksperimental
metodlarının imkanlarını genişləndirir. Lakin kibernetik modelləşmə 
biologiyanın son məqsədi deyil. 
Bu modelin üstünlüyü ondadır ki, onun həyata keçirilməsilə riyazi 
modelləşdirmələrin də imkanları artır. Kibernetik modelləşmə ən 
yüksək səviyyəyə çatdıqda bioloji sistemlərin mürəkkəb əlaqələri və 
onlara xas olan sonsuz sayda parametrlər nəzərə alına bilir. 
Bu onu göstərir ki, riyaziyyat və kibernetika bioloji hadisələrin, 
orqaiizmin təkamül proseslərinin öyrənilməsində özlərinə möhkəm 
mövqe tutmuşlar. Bioloji proseslərin təbiətinin dərk edilməsində 
riyaziyyatın rolu getdikcə artır. Buna baxmayaraq idarəedici texniki 
qurğu ilə canlı orqanizmin «mexanizmin» arasındakı fərq qalır. 
Deməli, söhbət ancaq bioloji xususiyyətlərin nəzərə alınması mümkün 
olan səviyyəyə qədər mövcud olan analogiyadan gedir. Belə
analogiya evristik və etibarlı metod kimi özünü göstərir. 
Həyat prosesləri haqqında riyazi nəzəriyyənin müasir imkanları 
hələlik budur. 
§ 8. TƏBİƏT ELMLƏRİ VƏ KƏND TƏSƏRRÜFATI 
Deyildiyinə görə keçmişdə qarğıdalı toxumunu əkmək istədikdə 
onu əvvəlcə kisəyə doldurub çardağa qaldırır və oradan birbaşa yerə 
atırlarmış. Hələ indi də bəzi yerlərdə və əhəmiyyətini itirməyən, bu 
tədbir məhsulun bol olmasını təmin edən əsas şərtlərdən biri kimi 
vaxtilə çox məşhur olmuşdur. Belə hesab edirlər ki, bu zaman əmələ 
gələn mexaniki silkələnmə toxumların yaxşı cücərməsinə və bitkinin 
tez inkişaf etməsinə səbəb olur. 
Müasir elm sübut etmişdir ki, bu hadisə heç də təsadufi deyil və 
onu elmi cəhətdən əsaslandırmaq olar. 



Yüklə 0,92 Mb.

Dostları ilə paylaş:
1   ...   85   86   87   88   89   90   91   92   ...   100




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2025
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin