__________________Milli Kitabxana__________________ 95
əks etdirən biliklərin riyazi prinsiplərini yaratmaq mümkün deyil,
lakin bioloji reallıqla adekvat olan model üçün riyazn aparat qurmaq
olar. Bu halda biori riyaziyyatçı mühəndis kimi bir mövqe tutur.
Mühəndis də verilmiş funksiyaları yerinə yetirə bilən mexanizm
qurur və konstruksiya müəyyən şərtlər daxilində veridən funksiya ilə
adekvat olur. Bu cəhətdən kibernetik modelləşmə çox faydalıdır.
Kibernetika canlı orqanizmlərlə kibernetik qurğular arasındakı
analogiyadan istifadə edərək biologiyanın
eksperimental
metodlarının imkanlarını genişləndirir. Lakin kibernetik modelləşmə
biologiyanın son məqsədi deyil.
Bu modelin üstünlüyü ondadır ki, onun həyata keçirilməsilə riyazi
modelləşdirmələrin də imkanları artır. Kibernetik modelləşmə ən
yüksək səviyyəyə çatdıqda bioloji sistemlərin mürəkkəb əlaqələri və
onlara xas olan sonsuz sayda parametrlər nəzərə alına bilir.
Bu onu göstərir ki, riyaziyyat və kibernetika bioloji hadisələrin,
orqaiizmin təkamül proseslərinin öyrənilməsində özlərinə möhkəm
mövqe tutmuşlar. Bioloji proseslərin təbiətinin dərk edilməsində
riyaziyyatın rolu getdikcə artır. Buna baxmayaraq idarəedici texniki
qurğu ilə canlı orqanizmin «mexanizmin» arasındakı fərq qalır.
Deməli, söhbət ancaq bioloji xususiyyətlərin nəzərə alınması mümkün
olan səviyyəyə qədər mövcud olan analogiyadan gedir. Belə
analogiya evristik və etibarlı metod kimi özünü göstərir.
Həyat prosesləri haqqında riyazi nəzəriyyənin müasir imkanları
hələlik budur.
§ 8. TƏBİƏT ELMLƏRİ VƏ KƏND TƏSƏRRÜFATI Deyildiyinə görə keçmişdə qarğıdalı toxumunu əkmək istədikdə
onu əvvəlcə kisəyə doldurub çardağa qaldırır və oradan birbaşa yerə
atırlarmış. Hələ indi də bəzi yerlərdə və əhəmiyyətini itirməyən, bu
tədbir məhsulun bol olmasını təmin edən əsas şərtlərdən biri kimi
vaxtilə çox məşhur olmuşdur. Belə hesab edirlər ki, bu zaman əmələ
gələn mexaniki silkələnmə toxumların yaxşı cücərməsinə və bitkinin
tez inkişaf etməsinə səbəb olur.
Müasir elm sübut etmişdir ki, bu hadisə heç də təsadufi deyil və
onu elmi cəhətdən əsaslandırmaq olar.