Microsoft Word P. doc titul doc



Yüklə 0,92 Mb.
Pdf görüntüsü
səhifə92/100
tarix20.05.2022
ölçüsü0,92 Mb.
#58783
1   ...   88   89   90   91   92   93   94   95   ...   100
P. pa ayev t B t elml R N N laq L YR N LM S

__________________Milli Kitabxana__________________ 
98 
qayda ilə lent üzərində qarpızın yetişmə əyrisi qurulur. Həmin prinsipə 
əsaslanan cihazlar xiyarın, kök və bir sıra başqa məhsulların da 
yetişmə prosesini öyrənməyə kömək edir. Cihazın göstərişlərinə 
görə, qarpız ilk vaxtlarda gecə-gündüz böyüyür. Sonra bu proses 
müəyyən qaydaya düşür. O ancaq gecələr böyüyür və orta hesabla 
öz çəkisini gündə 300 q artırır, gündüzlər isə istirahət edir və gündə 
çəkisindən 40 q itirir. Bu cihazlar, fosfor, kalium və azot kimi 
gübrələrin bitkilərə hansı miqdarda lazım olduğunu da təyin etməyə 
imkan verir. Cihazın verdiyi böyümə əyrisnə görə qarpız fosforu çox 
sevir. Deməli, bol məhsul götürmək üçün bu cihazların köməyindən 
istifadə etmək olar. Cihazın göstərişlərinə görə istilik
şitilliklərindəki xiyarlar gecələr yetişir, səhər açılanda isə bu proses 
dayanır. Bərk isti də yetişmə prosesinə mənfi təsir göstərir. Bitkilər 
belə şəraitdə fəaliyyətsizləşir. 
İstilik şitilliklərində suvarma şlanqla aparıldıqda bu, xiyarın 
yetişməsini yubadır, süni suvarmada isə xiyarın çəkisi və boyu gecə-
gündüz artır. Buradan belə bir nəticə çıxır ki, məhsulun tez yetişməsi 
və bol olması üçün süni yağış yağdırmaqla aparılan suvarmadan 
istifadə etmək lazımdır. 
Kənd təsərrufatı yeniliklərindən biri də son zamanlar torpaq 
bakteriyalarına olan münasibətin bir qədər dəyişməsidir. 
Bizi ahatə edən aləm adi gözdə görünməyən mikroorqannzmlərlə 
doludur. Mikroorqanizmlər maddələrin torpaqdakı dövri hərəkətində 
iştirak edərək torpağın məhsuldarlığını artırır. 
Boy atan bitkilər öz köklərilə torpaqdan su və onda həll olan 
mineral maddələri qəbul edir. 
Bitkinin yarpaqlarında Günəş işığının enerjisinin təsirilə karbon 
qazı və su üzvi maddələrə çevrilir. Bitki və heyvanlar tələf olduqda bu 
üzvi maddələr yenidən torpağa qayıdır, mikroorqanizmlər bunları 
parçalayaraq ilkin maddələrə- minerallara çevirir, bu yolla ayrılan 
mineral elementlər yenidən bitkilərin köklərinə daxil olur. Lakin üzvi 
maddələrin çoxu tam parçalanmır, azacıq çevrilmə prosesindən sonra 
çürüntü əmələ gətirir. Min illər ərzində



Yüklə 0,92 Mb.

Dostları ilə paylaş:
1   ...   88   89   90   91   92   93   94   95   ...   100




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2025
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin