Microsoft Word P. doc titul doc



Yüklə 0,92 Mb.
Pdf görüntüsü
səhifə94/100
tarix20.05.2022
ölçüsü0,92 Mb.
#58783
1   ...   90   91   92   93   94   95   96   97   ...   100
P. pa ayev t B t elml R N N laq L YR N LM S

__________________Milli Kitabxana__________________ 
100 
lində istehsalının 60—70 mln q-na çatdırilması nəzərdə tutulmuşdur. 
Deməli, «texniki» azotun miqdarı «bioloji» azotdan dəfələrlə çox 
olacaqdır. Çünki torpaqdan götürülən məhsul ildən-ilə artır və bu 
məhsul özü ilə külli miqdarda azot, fosfor, kalium və s. aparır. Bunu 
təkcə mikroorqanizmlərin faydalı fəaliyyəti hesabına ödəmək qeyri 
mümkündür. Süni yolla alınan gübrə müəyyən məsarif tələb edir.
Mikroorqanizmlərin istehsal etdiyi azot üçün isə heç bir vəsait sərf 
olunmur. Ona görə də hər vasitə ilə bu mikrobların çoxalması üçün 
əlverişli olan fiziki və kimyəvi şərait yaratmaq lazımdır. Bu cəhətdən 
torpağın yumşaqlığı, nəmlik dərəcəsi, turşluğu və s. böyük rol 
oynayır. Müəyyən əlverişli şəraitdə bu mikrobların sayı sürətlə artır 
və aerob mikroorqanizmlər hesabına, bilavasitə onların fəaliyyəti
nəticəsində üzvi maddələrdən alınan və bitkiləri qidalandıran 
elementlərin miqdarı çoxalır. Lakin son zamanlar mikrobların 
fəaliyyətinə olan müsbət münasibət bir qədər dəyişmişdir. 
Tədqiqatlar nətncəsində məlum olmuşdur ki, mikrobların çoxalması 
bitkilərə məxsus azot gübrəsinin bir hissəsinin itməsinə səbəb 
olur. Torpaq mikroorqanizmlərinin çoxu azot gübrəsini 
nitratsızlaşdırır və əmələ gələn azot qazı uçub havaya gedir. Bəzi 
hallarda bu yolla itən gübrə bitkiyə verilənin dörddə bir hissəsni 
təşkil edir. Mikroorqanizmlərdən fərqli olaraq bitkilərə üzvü karbon 
lazım deyil, çünki, bitkilər bunu fotosintez vasitəsilə alır. Azot, fosfor 
və kalium isə bunların hər ikisinə lazımdır. Digər tərəfdən də
atmosferdəki sərbəst azotu mənimsəmək qabiliyyəti bütün 
mikroblarda yoxdur, olan mikrobların da çoxu asan yolla torpağın 
özündəki süni gübrənin azotundan istifadə edir. Beləliklə, bu məsələ 
xeyli mürəkkəbləşir. Həmin məsələlərin aydınlatşdırılmasında fiziki 
metodlar, xüsusilə nişanlanmış atomlar metodu böyük rol oynayır. 
Azotun ağır izotopu ilə aparılan təcrübələr sübut etmişdir ki, 
mikroblar külliyyatı süni azot gübrəsinin üçdə birini «yeyir». Bunun 
bir qismi çox tez azad olur və bitkinii istifadə edə bilocəyi şəklə
düşür. Digər qismi isə torpaqda ehtiyat halında toplanıb qalır. 
Lakin mikroorqanizmlərin başqa bir fəaliyyəti də var. Onlar 
torpaqdakı ziyanvericilərlə, bitki xəstə- 



Yüklə 0,92 Mb.

Dostları ilə paylaş:
1   ...   90   91   92   93   94   95   96   97   ...   100




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2025
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin