Microsoft Word P. doc titul doc



Yüklə 0,92 Mb.
Pdf görüntüsü
səhifə96/100
tarix20.05.2022
ölçüsü0,92 Mb.
#58783
1   ...   92   93   94   95   96   97   98   99   100
P. pa ayev t B t elml R N N laq L YR N LM S

__________________Milli Kitabxana__________________ 
102 
Son zamanlar pedaqoqikada nisbətən yeni hesab edilən 
metodlardan biri də proqramlaşdırılmış təlimdir. Bunun ən üstün 
cəhəti şagirdlərə fərdi yanaşmaq üçün əlverişli şəraitin
yaradılmasıdır. Şagirdlərin elmi hazırlığı da, qavrama qabiliyyəti
də bir-birindən fərqlidir. Bu baxımdan hər bir şagirdə fərdi yanaşmaq, 
ona-uyğunlaşmaq, onun fərdi xüsusiyyətlərinə adaitasiya etmək, 
istənilən şagirdi fəallaşdıran «açarı» tapmağa müvəffəqiyyətlə 
öyrətməyə xidmət edən əsas şərtlərdən biridir. Lakin fərdi yanaşmaq
ideyası heç də yeni deyil. Şagirdlərə fərdi yanaşmaq məsələsi məşhur 
çex pedaqoqu Y.A.Komenskninin «Didaktika»sında xüsusi yer tutur. 
Hətta qədim yunan pedaqoqları da öz şagirdlərinə fərdi yanaşmaq 
metodundan istifadə etmişlər. Doğrudur, onların şagirdi cəmi 1-2 
nəfər olmuşdur, indi isə müəllimin dərsində 30-45 şagird olur. Belə bir 
şəraitdə şagirdə fərdi yanaşmağı bacaran müəllim böyük sənətkarlığa,
zəngin təcrübəyə malik olmalıdır. 
Bir sıra mütəxəssislərin fikrincə kütləvi təlim və fərdi yanaşma 
kimi bir-birinə zidd iki cəhəti ümumiləşdirən proqramlaşdırılmış 
təlimdir. Bu, təlim nəzəriyyəsi və praktikada keyfiyyətcə yeni 
mərhələdir. Çünki təlim prosesinin təşkilinə və təhlilinə burada 
kibernetik bir sistem kimi baxılır. Şagird-müəllim sistemi idarə oluna 
bilən şəklə gətirilir. Burada idarə edən orqan-müəllim, idarə olunan 
obyekt isə şagirddir. Lakin müəllim-şagird sistemi başqa kibernetik 
sietemlərdən kəskin fərqlənir. Çünki burada şagird passiv bir obyekt 
deyil, o da idarə olunma prosesinin fəal iştirakçısıdır. 
Proqramlaşdırılmış təlimdə müəllimin bir sıra funksiyalarını maşın öz 
öhdəsinə götürür, şagirdlərin fəallığını artırır və s. Elə maşınlar var ki, 
hətta təlim prosesi də qeydə ala bilir. Şagirdin cavab verməyə sərf 
etdiyi vaxtı kağız lentə yazır, onun səhvlərini qeyd edir, təlim 
metodunun keyfiyyətinə, proqram və dərs vəsaitinə qiymət verir. 
Butün bunlara baxmayaraq yaxşı müəllimi heç bir təkmilləşmiş
maşın əvəz edə bilməz. Şagirdlərlə birlikdə meşəyə, tarlaya, müxtəlif 
istehsal obyektlərino gedən, onlara vaxtaşırı izahatlar verən, 
disbutlar təşkil edən maşın təsəvvür etmək olarmı? 



Yüklə 0,92 Mb.

Dostları ilə paylaş:
1   ...   92   93   94   95   96   97   98   99   100




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2025
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin