Microsoft Word P. doc titul doc



Yüklə 0,92 Mb.
Pdf görüntüsü
səhifə93/100
tarix20.05.2022
ölçüsü0,92 Mb.
#58783
1   ...   89   90   91   92   93   94   95   96   ...   100
P. pa ayev t B t elml R N N laq L YR N LM S

__________________Milli Kitabxana__________________ 
99 
toplanan bu mürəkkəb çürüntü maddələri azotla zəngin olur və təbii 
olaraq torpağın məhsuldarlığını artırır. Bu çürüntü, obrazlı şəkildə 
desək, bitki üçün zəruri elementlərin anbarıdır. O mikrobların 
minerallaşdırıcı fəaliyyəti nəticəsində tədricən bitkilər tərəfindən 
mənimsənilir. Təbii şəraitdə bu çürüntü torpağın səthini millimetrin 
1/1000-i qədər, xüsusi əlverişli hallarda isə 1/100-i qədər qalınlığı 
olan pərdə kimi örtür. 
Torpaqda yaşayan mikrobların qəribə xüsusiyyətləri var. Onların 
bəzisi atmosferdəki molekulyar azotu birbaşa mənimsəyir və ondan öz 
zülallarını yaratmaqda istifadə edir. Beləliklə, mikroblar torpağı bu 
qiymətli elementlə zənginləşdirir. Həmin minerallar sonra torpaqdan 
bitkilərə və bitkilər vasitəsilə başqa canlı orqanizmlərə keçir. 
Torpaqda daimi bir mübadilə gedir. Bitkilər mikroorqanizmlərə üzvi 
karbon, onlar isə öz növbəsində bitkilərin mənimsəyə bildiyi formada 
mineral elementlər hazırlayır. 
Beləliklə, mikroorqanizmlər biosferdə maddələrin dövri 
hərəkətində ən zəruri bir mövqe tutur, onlar fasiləsiz olaraq torpağa 
daxil olan külli miqdarda üzvi maddələr ehtiyatını emal edərək 
tədricən minerallaşdırır və atmosfer azotunu özündə toplayan 
birləşmələr əmələ gətirir. Təbii şəraitdə torpağın məhsuldarlığını 
artıran qida maddələrinin dövri hərəkəti təxminən bu şəkildə baş verir. 
Lakin hər il bitkilər vasitəsilə torpaqdakı qida elementlərinin böyük 
bir kütləsi ayrılır və onun məhsuldarlığını azaldır. Ona görə də kütləvi 
şəkildə süni mineral gübrələrin tətbiq edilməsi, kənd təsərrüfatındakı 
elmi-texniki tərəqqinin əsas tərkib hissələrindən biri hesab olunur. 
Indi insanlar mikroorqanizmlərin funksiyalarını öz əllərinə alaraq 
onların həlledici rolunu zəiflətmişlər. Buna baxmayaraq 
mikroorqanizmlərin üzvi maddələri minerallaşdırması prosesi 
elementlərin dövri hərəkətində yenə də mühüm bir yer tutur. Təxmini 
hesablamalara görə torpaq mikroorqanizmləri ildə on milyonlarla ton 
atmosfer azotunu özlərinə cəlb edir. Dünya sənayesinin istehsal etdiyi 
bu qiymətli gübrənin miqdarı isə 30 mln t-na qədərdir. 1980-ci ildə 
azotun bütün dünya üzrə süni gübrə şək- 



Yüklə 0,92 Mb.

Dostları ilə paylaş:
1   ...   89   90   91   92   93   94   95   96   ...   100




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2025
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin