__________________Milli Kitabxana__________________ 96
Lakin indi həmin usulla toxumları «silkələmək» çox sadə və az
əlverişli hesab olunur. Hazırda toxumları fəallaşdıran, onların tez
cücərməsinə təkan verən onlarla və hətta yüzlərlə müasir fiziki üsullar
mövcuddur.
İndi toxumları ultrabənövşəyi və yümşaq rentgen şüaları ilə,
yüksək gərginlikli elektrik sahəsinə, ultrasəslə, toxumlardan yuksək
enerjili elektronlar seli buraxmaqla, onları güclü elektromaqnitin
qütbləri arasında yerləşdirməklə və digər fiziki təsirlərlə
fəallaşdırırlar. Belə suallar meydana çıxar:
Bu təsir üsullarından hansına daha çox üstünlük verilməlidir:
onları bir-birilə necə müqayisə etmək olar; təsir müddəti və
intensivliyi necə aşkara çıxarılar; bu toxumlara nə vaxt və hansı
şəraitdə təsir etmək daha əlverişlidir; hansı toxum üçün daha çox
fiziki təsir göstərmək lazımdır? və s.
Belə sualların sayını istənilən qədər artırmaq olar. Bunların
hamısına dəqiq cavab almaq və aqronoma düzgün məsləhət vermək
üçün, həmin məsələ arpa, buğda, darı, çəltik və sair üçün ayrıca tədqiq
edilməlidir. Belə çıxır ki, arzu edilən məqsədə çatmaq üçün
milyonlarla təcrübələr aparmaq tələb olunur.
Elm sübut etmişdir ki, külli miqdarda təcrübə aparmağa ehtiyac
yoxdur. Alimlərimiz bu çətinlikdən çox qısa yolla çıxmaq qaydasını
müəyyən etmişlər. Fizik və bioloqların birlikdə bu sahədə apardıqları
tədqiqatlar əsasında yürütdükləri mühakiməyə görə müxtəlif cür fiziki
təsirlər, toxumun daxilində təxminən eyni cür dəyişikliklər yaradır.
Toxum müəyyən enerji kvantını udur və öz canlı rüşeymindəki
molekulları həyəcanlandırmağa sərf edir. Nəticədə, həmin
molekullardakı kimyəvi rabitələrin bir qismi qırılır və molekulların
«qəlpələri» əmələ gəlir. Beləliklə, əlavə enerjisi olan molekulyar
hissəciklərin və sərbəst elektronların sayı artır.
Belə hissəciklərin miqdarını və enerjisini ölçmək üçün müasir
nüvə fizikasının olduqca həssas və dəqiq cihazları vardır. Bu ölçmələr
göstərmişdir ki, toxum daxilində fəal hissəciklərin sayı və enerjisi
artdıqca onlarda yaranan həyat qüvvələri də artır. Bütün fiziki təsir
üsulları bitkilərin yetişməsi pro-