__________________Milli Kitabxana__________________ 94
maq uğrunda mübarizənin riyazi nəzəriyyəsində aid mühazirələri və
V. Kostitsının «Riyazi biologiya» əsərləri o dövrdə geniş yayıldı və
şöhrət qazandı.
Riyaziyyat özunun ən məhsuldar nəticələrini genetik tədqiqat
işlərində göstərdi. Təbii və süni keçmə nəzəriyyəsi, təbii seçmənin
genetik nəzəriyyəsi genetikanın sürətlə inkişafına səbəb oldu.
Təkamulün bioloji iəzəriyyəsinin riyaziləşdirilməsinin nə qədər
məhsuldar olduğunu təsdiq etdi. Riyazi metodlardan geniş istifadə
olunması genetikanı dəqiq elmlərlə bir cərgəyə qoydu. Riyazi analizin
tətbiqi nəticəsində bu və ya başqa bir əlamətin selektiv üetunlüyünün
mahiyyəti inandırıcı şəkildə aşkar edildi. Genlərin selektiv mahiyyəti
təbii seçmənin əleyhidarları tərəfindən uzun müddət şübhə altında
saxlanmışdı. Onlar iddia edirdilər ki, bioloji növün uyğunlaşməsı
gendən az asılıdır. Əslində isə təbii seçmə genə təsir etmir.
Riyazi analiz metodları təbii seçmədə bir-birilə rəqabət aparan
genlərin ən cüzi üstünlüklərini də aşkar etməyə imkan verdi. Məlum
oldu ki, genin alleldən (onun geniş dəyişmiş formasından) üstünlüyü
0,1%-dən çox olmadıqda belə, təkamül prosesləri baş verir.
Dəqiq elmlərin biologlyaya son zamanlar müdaxiləsinin
güclənməsi göstərir ki, müasir biologiya elmi ancaq öz tədqiqat
metodları və mühakimələri hesabına nəzəri səviyyəsini qaldırmağa
qadir deyil. Deməli, biologiyanın sonrakı inkişafı onun
riyaziləşdirilməsilə sıx əlaqədardır.
Fizikada və kimyada hadisə və proseslərin modelləşdirilməsi və
riyazi cəhətdən əsaslandırılması ciddi çətinliklər törətmir.
Biologiyada isə vəziyyət başqadır. Çünki, canlıların özünə məxsus
xüsusiyyətləri hələ həll edilməsi mümkün olmayan bir sıra ciddi
çətinliklər əmələ gətirir.
Istənilən bioloji obyekt, hadisə və ya prosesin təbiəti çox
cəhətlidir. Ona görə də canlı təbiətin ümumi qanunauyğunluqlarını
geniş və mücərrəd ümumiləşmələrlə səciyyələnən riyazi ifadələr
şəklinə almaq mümkün deyil. Başqa sözlə, bütöv orqanizm üçün və ya
bioloji hadisələrin qarşılıqlı münasibətinə