Microsoft Word P. doc titul doc



Yüklə 0,92 Mb.
Pdf görüntüsü
səhifə85/100
tarix20.05.2022
ölçüsü0,92 Mb.
#58783
1   ...   81   82   83   84   85   86   87   88   ...   100
P. pa ayev t B t elml R N N laq L YR N LM S

__________________Milli Kitabxana__________________ 
91 
gen demək olar ki, ancaq protiumdan, yəni ən yüngül hidrogendən 
ibarətdir. 
Molekulları ağır hidrogendən-deyteriumdan ibarət olan suya ağır 
su deyilir. Içdiyimiz suyun hər tonunda 150 q ağır su var. Ağır su nə 
rənginə, nə iyinə, nə də dadına görə adi sudan fərqlənmir. Onu 
kimyəvi xassələrinə görə də seçmək çətindir. Fiziki xassələri isə adi 
sudan bir qədər fərqlənir. Ağır su adi sudan fərqli olaraq ən böyük 
sıxlığa 3,8
0
S-DƏ yox, 11,6°S-də malikdir. Ağır suyun tərkibindəki 
deyterium istilik nnüvə reaksiyaları nəticəsində külli miqdarda enerji 
ayıra bilir. Başqa şərtlər dəyişmədikdə, bu cür yüngül nüvələrin 
sintezi zamanı ayrılan enerji, ağır nüvələrin bölünməsi prosesində 
ayrılan enerjidən 8-10 dəfə çoxdur. 
Bir stəkan sudakı ağır nidrogen, 300 l benzin yananda verdiyi 
qədər enerji verə bilər. Ağır suyu hazırda adi sudan alırlar və atom 
reaktorlarında neytronları yavaşıtmaq üçün ondan istifadə edirlər. 
Okeanlardakı ağır su ehtiyatı bəşəriyyəti yüz min illərlə enerjiyə olan 
ehtiyacdan azad edəcəkdir. 
Buz və ya qarın əridilməsilə alınan suyun da qəribə xassələri var. 
Sibir alimlərinin apardığı tədqiqatlara görə, üç ay yarım ərzində, 
çəkisi və yaşı eyni olan iki müxtəlif toyuqlar qrupunun biri su 
kəmərindən gələn, o biri isə qar və buzu əritməklə alınan su içmişdir. 
Nəticədə, birincilər 272, ikincilər isə 538 yumurta vermişlər. Onların 
donuzlarla apardığı təcrübə də çox maraqlıdır. Adi şəraitdə donuz 
balalarının çəkisi 1-1,1 kq, bir ay keçdikdən sonra isə 5 kq-a qədər 
olur. Onları qar suyu ilə təmin etdikdə isə, doğulanda çəkiləri 1,6 kq, 
bir aydan sonra isə 9 kq olmuşdur. 
Tomskda qar suyu ilə suvarılan botanika bağında xiyar məhsulu iki 
dəfə çox olmuşdur. Tomsk Tibb Institutunda qar suyunun, urək-damar 
sisteminin fəaliyyəti və maddələr mübadiləsi pozulan xəstələrə təsiri 
tədqiq edilir. 25 xəstə üç ay müddətində müəyyən sistemlə ancaq qar 
suyu içmiş, nəticədə onların qanında xulesterinin miqdarı azalmış, 
maddələr mübadiləsi yaxşılaşmışdır. Çəkisi 90 kq olan xəstə əvvəlki 
qaydada yediyi halda üç ay ərzində 15 kq öz çəkisindən itirmişdir. 
Leninqrad biofiziki A.K.Qumanın apar 



Yüklə 0,92 Mb.

Dostları ilə paylaş:
1   ...   81   82   83   84   85   86   87   88   ...   100




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2025
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin