__________________Milli Kitabxana__________________ 92
dığı təcrübələrə görə, küçələr buz qırıntıları olan suyu içməyə daha
çox meyl göstərirlər. Belə suyun bioloji fəallığı nə üçün çoxdur?
Son zamanlar biofiziklər müəyyən etmişlər ki, orqanizmdəki su öz
quruluşuna görə buza yaxın bir formada olur. Məşhur macar biofiziki
Sent-Dyerdinin fikrincə, buzlaşdırılmış su həyat üçün zəruridir, canlı
maddənin fəaliyyətində mühüm rol oynayır. Adi su orqanizmə daxil
olduqdan sonra «buzlaşır». Buz və ya qarın əriməsilə alınan su da bir
müddət kristallik quruluşa çox yaxın olur. Xarici görünüşünə görə
belə maye suya oxşayırsa da, onda Hələ molekulların buzdakı kimi
qruplaşması halları hələ qalır. Belə quruluş 30°S-yə qədər saxlanılır,
bundan yuxarı temperaturlarda tədricən, 40°S-də isə tamam dağılır.
Görünür buzabənzər su almaq üçün orqanizm müəyyən enerji sərf
edir. Ona görə də bütün canlılar belə suyu hazır vəziyyətdə qəbul
etməyi üstün tuturlar.
A.K.Qumanın fikrincə buzabənzər su yaşlı adamlar üçün daha
vacibdir. Insan qocaldıqca orqanizmdə buzabənzər suyun istehsal
olunması zəifləyir. Bu halda orqanizmə buz zərrəcikləri daxil olduqda
ondakı suyun buzabənzər vəziyyətə gəlməsinə kömək edir və beləliklə
bədəndə sağlamlaşdırıcı fəaliyyət göstərir. Bu nöqteyi-nəzərdən
dondurma və dondurulmuş meyvələr orqanizm uçun çox faydalıdır.
Son vaxtlar maqnitləndirilmiş sudan da geniş istifadə olunur. Belə
suyu almaq çox asandır. Adi suyu sabit maqnitin qütbləri arasından
keçirdikdə o maqnitlənir. Maqnitlənmiş su buxar qazanlarının
divarlarında ərp qalmağa qoymur, kimyəvi reaksiyaları sürətləndirir.
Beton hazırlayarkən həmin sudan istifadə etdikdə onun möhkəmliyi
orta hesabla 25-30% artır. Ust-Kamenoqorsk yaşayış tikintisi
kollektivi iki dəfə maqnitlanmiş su işlətməklə bir ildə, beton
məhlulları hazırlamaq üçun istifadə olunan sementə 500 t qənaət
etmişdir. Maqnitlənmiş suyun da buzabənzər su kimi bioloji fəallığı
yüksəkdir. Həmin su ilə bitkiləri suvardıqda onların böyümə sürəti 20-
30% artır. Bu su böyrək daşlarının kənar edilməsinə də kömək edir.
Qəribə xassələri olan yeni bir su növü də vardır. Bu su akademik
B. V. Deryakinin rəhbərliyi altında,