__________________Milli Kitabxana__________________ 93
adi su buxarının kvarsdan hazırlanmış kapillyar borularda
kondensasiyası nəticəsində alınmışdır. Bu. rəngsiz, qatı və sıxlığı 40%
adi sudan çox olan mayedir -50°S-də hələ donmur, qaynama
temperaturu isə, təxminən 300°S-dir. 700
0
-800° qədər qızdırdıqda
onun quruluşu pozulur və adi suya çevrilir. Belə su çox miqdarda alına
bilsə avtomaşın radiatorları üçün əvəzedilməz maye olar. Çünki, ən
sərt şaxtalarda da donmur. Planetimizdə ən çox yayılan və ən çox
tədqiq olunan maddə sudur. Buna baxmayaraq bu həyat şirəsinin hələ
elmə məlum olmayan sirləri tükənməzdir.
§ 7. HƏYAT HAQQINDA RİYAZİ NƏZƏRİYYƏ Fizika, astronomiya, kimya kimi elmlər riyaziyyatdan istifadə
edərək böyük nailiyyətlər qazanmışdır. Hazırda bu ənənə biologiyaya
da öz müsbət təsirini göstərmişdir. Müasir təbiətşünaslığın
riyaziləşdirilməsi indn ən aktual problemlərdən biri hesab olunur.
Biologiyada riyaziyyat indi geniş tətbiq edilir. Çünki riyazi metodlar
öz effektivliyinin biologiyada da göstərmişdir. Lakin bu sahədəki ilk
təşəbbüs yaxşı nəticə verməmişdir. Bunun əsas səbəbi, riyazi
metodların həyat hadisələrinə tətbiqi sahəsində göstərilmiş ilk
təşəbbüsdə bioloji proseslərin mexaniki nöqteyi-nəzərdən izah
edilməsi idi ki, buda idealizmə gətirib çıxardırdı. Lakin həmin dövrdə
riyazi aparatdan da biologiyada müvəffəqiyyətlə istifadə edənlər
olmuşdur. Hələ 1680-ci ildə Romada nəşr etdirdiyi əsərində Borelli,
riyazi aparatdan istifadə edərək canlı mexanizmlərin hərəkət etməsini
mexaniki cəhətdət təhlil etmişdi.
Helmhols riyazi və fiziki anlayışlardan istifadə edərək bir sıra
bioloji prosesləri nəzərdən keçirmiş və biologiya elminin inkişafında
böyük rol oynamışdır. Onun səs analizatorları və fizioloji optika
sahəsindəki işləri hələ indi də öz əhəmiyyətini itirməmişdir. Riyazi
aparatın biologiyaya müdaxiləsi, başlıca olaraq, bizim əsrin otuzuncu
illərində güclənmişdir.
Biologiyanın başqa sahələrinə nisbətən ekologiya elmi daha çox
riyaziləşmişdir. V. Volterrin «Yaşa