Microsoft Word P. doc titul doc



Yüklə 0,92 Mb.
Pdf görüntüsü
səhifə84/100
tarix20.05.2022
ölçüsü0,92 Mb.
#58783
1   ...   80   81   82   83   84   85   86   87   ...   100
P. pa ayev t B t elml R N N laq L YR N LM S

__________________Milli Kitabxana__________________ 
90 
xassəsi olmasaydı kənd təsərrüfatı bitkilərinin məhsuldarlığı xeyli 
aşağı düşərdi.
Su mayelər içərisində ən yaxşı həlledicidir. Canlı orqanizmlərdəki 
kimyəvi reaksiyalar su mühitində baş verir. Bu reaksiyaların bir sıra 
mühüm üstünlükləri vardır. Onlar ətraf mühitin temperaturuna yaxın 
temperaturlarda baş verir, böyük sürətlə icra olunur, ətraf mühiti 
çirkləndirimirlər. Indi alimlərimiz sənaye miqyasında gedən kimyəvi 
reaksiyaları da buna oxşatmağa çalışırlar. 
Elmə çoxdan məlumdur ki, dəniz və okean sularının səth qatı 
Oksigenlə daha zəngin olur. Barents dənizi burada müstəsnalıq təşkil 
edir. Səth qatının oksigenlə zəngin olmasının əsas səbəbi periodik 
olaraq əsən küləklərin təsirilə su və havanın bir-birinə qarışmasıdır. 
Biz suyun qeyri-adi fiziki xassələrinin hamısını qeyd etmədik. 
Lakin planetimizdə həyatın varlığı üçün göstərdiyimiz xassələrin nə 
qədər zəruri olduğunu təsəvvür etmək kifayətdir. 
Su özünü normal maye kimi aparsaydı, onu səciyyələndirən həmin 
qeyri-adi fiziki xassələr olmasaydı Yer kürəsi indiyə qədər cansız 
kosmik bir cisim kimi qalardı. 
Suya bu xassələri verən nədir? Nə üçün o başqa mayelərin tabe 
olduğu fiziki-kimyəvi qanunauyğunluqların əksəriyyətinə tabe olmur? 
Suyu başqa mayelərdən ən çox fərqləndirən onların molekullarının 
quruluşudur. Su molekulları bir-birini böyük qüvvə ilə cəzb edirlər. 
Maye halında olan su sadəcə molekullar yığımından ibarət olmayıb, 
bir-birilə möhkəm əlaqədə olan qruptlardan—assosiasiyalardan təşkil 
olunmuşdur. Assosiasiya təşkil edən molekulları ayırmaq çox çətindir. 
Suyun bir sıra anomal xassələrə malik olması da bununla izah edilir. 
Məlumdur ki, su, oksigen və hidrogendən ibarətdir. Lakin öz 
molekulyar çəkisinə və başqa xassələrinə görə bir-birindən fərqli olan 
hidrogenlər və oksigenlər mövcuddur. Həmin oksigen və 
hidrogenlərin müxtəlif cür birləşməsi nəticəsində 40-dan artıq təbiətcə 
bir-birindən fərqli sular əmələ gətirir. İşlətdiyimiz su həmin suların 
qarışığıdır. Adi suda hidro- 



Yüklə 0,92 Mb.

Dostları ilə paylaş:
1   ...   80   81   82   83   84   85   86   87   ...   100




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2025
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin