Microsoft Word P. doc titul doc



Yüklə 0,92 Mb.
Pdf görüntüsü
səhifə91/100
tarix20.05.2022
ölçüsü0,92 Mb.
#58783
1   ...   87   88   89   90   91   92   93   94   ...   100
P. pa ayev t B t elml R N N laq L YR N LM S

__________________Milli Kitabxana__________________ 
97 
sesində müsbət iz buraxır. Toxumlar göbələk xəstəliklərinə 
müqavimət göstərir və tez cücərirlər. Ən maraqlı cəhət burasıdır ki, 
belə toxumdan əmələ gələn bitkilər də müxtəlif ziyanvericilərə qarşı 
daha yaxşı müqavimət göstərir və sürətlə böyüyürlər. Bu isə kənd 
təsərrüfatı üçün on vacib bir məsələdir. 
Belaliklə, fizikanın kənd təsərrüfatına müdaxiləsi nəticəsində 
aqronoma, elmi cəhətdən əsaslandırılmış dəqiq məsləhətlər vermək 
üçün əlverişli şərait yaranır. 
Bitkilər haqqında elm, dəqiq elmlərə doğru öz yerini dəyişir. 
Nəticədə, bol kənd təsərrüfatı məhsulları əldə etmək imkanlarını 
artırır. 
Fizikanın səpin məsələsinə qarışması yeni hadisə deyil. Elmə 
çoxdan məlumdur ki, səpinqabağı, toxumun nəmlik dərəcəsinin dəqiq 
təyin edilməsi, onun yetişdiriləcəyi torpağa yarandığını bilmək üçün 
çox vacibdir. Bu məsələnin fiziki üsulla həlli, bir neçə saniyə vaxt 
aparır. Tədqiq edilən toxumlar kondeneatorun köynəkləri arasına 
doldurulur, sonra tələb edilən nəmliyə uyğun etalonla müqayisə edilir. 
Bu isə toxumun səpinə yarayıb yaramadığını tez müəyyən edir. 
Son zamanlar fiziki cihazların kənd təsərrüfatında tətbiq olunma 
məqsədləri və sahələri daha da genişlənmişdir. 
Indi bu cihazlar ilk baxışda çox qəribə görünən va heç bir məna 
daşımayan, lakin əslində, kənd təsərrüfatında məhsuldarlığın 
artmasında fəal iştirak edən vasitələrdir. Aqronomu maraqlandıran bir 
sıra suallara onlar düz və dəqiq cavab verirlər. 
Xiyar gündüzlər yetişir, yoxsa gecələr? Qarpızın yaxşı yetişməsi 
üçün dumanlı hava əlverişlidir, ya günəşli? hansı iqlim şəraitində 
bitkilər özünü daha yaxşı hiss edir? 
Bu suallara düzgün cavab verməkdə kənd təsərrüfat elmləri 
namizədi Arkadi Zaytsevin düzəltdiyi cihazlar xüsusi yer tutur. 
Qarpızın yetişmə prosesini öyrənmək üçün onun hazırladığı cihazın 
əsas hissəsi adi bir linkdir. Bunun bir ucu qarpızın səthinə toxunur, o 
biri ucu isə xüsusi qurğunun köməyilə özüyazan peroya birləşdirilir. 
Qarpız yetişdikcə öz səthinə toxunan linki itələyir və pero, saat 
mexanizmilə işləyən barabana sarınmış lent üzərində iz buraxır. Bu 



Yüklə 0,92 Mb.

Dostları ilə paylaş:
1   ...   87   88   89   90   91   92   93   94   ...   100




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2025
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin