__________________Milli Kitabxana__________________ 103
50 mln şagirdi öyrədici maşınla təmin etmək iqtisadi cəhətdən
ağıla batandırmı?
Əllinci illərin axırları və altmışıncı illərin əvvəllərində ABŞ-da
proqramlaşdırılmış təlim geniş tətbiq edilərkən onlar təhsildə inqilab
yaratmaq niyyətində idilər. Lakin bu niyyət baş tutmadı.
Proqramlaşdırılmış təlim metodu həll etdiyi köhnə problemlərdən
qat-qat çox yeni problemlər irəli sürdü. Məlum oldu ki, ən çox işlənən
«bilik», «bacarıq». «vərdiş» anlayışlarının ümumi qəbul edilmiş tərifi
yoxdur, təlimin effektliyini kifayət qədər obyektiv kriterisi yoxdur,
şagirdlərin təlimdən əvvəl və sonra əqli fəaliyyətnin səviyyəsini təyin
etmək metodu zəifdir, öyrənmə motivləri və stimulları haqqında aydın
təsəvvür yoxdur və s. Bu əsas problemlər həll edilməmiş
proqramlaşdırılmış təlimin həlledici rolundan danışmaq çətindir.
Maşınlar nə qədər təkmilləşirsə təkmilləşsin müəllim həmişə həlledici
rol oynayacaqdır. Təlim metodları rəngarəng olmalıdır, eyni tipli
informasiyalar və fəaliyyət üsulları yorucu, darıxdırıcı olur. Öyrənilən
materiala maraq hissi yaratmaq məqsədilə müəllim öz şagirdlərini
inandırmalıdır ki, bu məsələləri öyrənmək zəruri və vacibdir. Bunu
əlbəttə quru sözlərlə demək təsirsiz və nəticəsiz olar. Muəllim
problem mənzərəsi yaratmaqla şagirdləri öyrənilən mövzu ilə əlaqədar
hadisələrdən birinə cəlb etdikdən sonra təlimin effektli olmasını təmin
edə bilər. Məsələn, əgər müəllim öz şagirdlərinə elektrik cərəyanı ilə
əlaqədar bir mövzunu öyrətməlidirsə, söhbəti təxminən belə apara
bilər.
Elektrik aparatları və avadanlığı ilə daha çox adamlar məşğul
olacaqdır. Elektrik avadanlığığın istismarına cavabdeh olan adamlar
fermada yarana biləcək zərərli elektrik dövrələrinin qarşısını