Microsoft Word P. doc titul doc



Yüklə 0,92 Mb.
Pdf görüntüsü
səhifə97/100
tarix20.05.2022
ölçüsü0,92 Mb.
#58783
1   ...   92   93   94   95   96   97   98   99   100
P. pa ayev t B t elml R N N laq L YR N LM S

__________________Milli Kitabxana__________________ 
103 
50 mln şagirdi öyrədici maşınla təmin etmək iqtisadi cəhətdən 
ağıla batandırmı? 
Əllinci illərin axırları və altmışıncı illərin əvvəllərində ABŞ-da 
proqramlaşdırılmış təlim geniş tətbiq edilərkən onlar təhsildə inqilab 
yaratmaq niyyətində idilər. Lakin bu niyyət baş tutmadı.
Proqramlaşdırılmış təlim metodu həll etdiyi köhnə problemlərdən 
qat-qat çox yeni problemlər irəli sürdü. Məlum oldu ki, ən çox işlənən 
«bilik», «bacarıq». «vərdiş» anlayışlarının ümumi qəbul edilmiş tərifi 
yoxdur, təlimin effektliyini kifayət qədər obyektiv kriterisi yoxdur
şagirdlərin təlimdən əvvəl və sonra əqli fəaliyyətnin səviyyəsini təyin 
etmək metodu zəifdir, öyrənmə motivləri və stimulları haqqında aydın 
təsəvvür yoxdur və s. Bu əsas problemlər həll edilməmiş 
proqramlaşdırılmış təlimin həlledici rolundan danışmaq çətindir. 
Maşınlar nə qədər təkmilləşirsə təkmilləşsin müəllim həmişə həlledici 
rol oynayacaqdır. Təlim metodları rəngarəng olmalıdır, eyni tipli 
informasiyalar və fəaliyyət üsulları yorucu, darıxdırıcı olur. Öyrənilən 
materiala maraq hissi yaratmaq məqsədilə müəllim öz şagirdlərini 
inandırmalıdır ki, bu məsələləri öyrənmək zəruri və vacibdir. Bunu 
əlbəttə quru sözlərlə demək təsirsiz və nəticəsiz olar. Muəllim 
problem mənzərəsi yaratmaqla şagirdləri öyrənilən mövzu ilə əlaqədar 
hadisələrdən birinə cəlb etdikdən sonra təlimin effektli olmasını təmin 
edə bilər. Məsələn, əgər müəllim öz şagirdlərinə elektrik cərəyanı ilə 
əlaqədar bir mövzunu öyrətməlidirsə, söhbəti təxminən belə apara 
bilər. 
Elektrik aparatları və avadanlığı ilə daha çox adamlar məşğul 
olacaqdır. Elektrik avadanlığığın istismarına cavabdeh olan adamlar 
fermada yarana biləcək zərərli elektrik dövrələrinin qarşısını 



Yüklə 0,92 Mb.

Dostları ilə paylaş:
1   ...   92   93   94   95   96   97   98   99   100




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2025
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin