__________________Milli Kitabxana__________________ 104
almaq üçün cərəyan qanunlarını mükəmməl bilməlidir. Təhlükə təkcə
elektrikləşdirilmiş kənd təsərrüfat avadanlığı vasitəsilə deyil,
sənayedə, məişətdə işlədilən elektrik cihazları ilə də yarana bilər. Ona
görə də hər bir şəxsin, elektrikin canlı orqanizmlərə təsiri
xüsusiyyətləri və ondan müdafiə olunmaq tədbirləri haqqında ətraflı
məlumatı olmalıdır. şübhəsiz ki, belə bir giriş sözündən sonra,
şagirdlər heç vaxt: «Bu bizim nəyimizə lazımdır? Axı, nə üçün bu
mövzunu öyrənirik?» kimi ifadələr işlətməzlər. Əksinə, onlarda
öyrənməyə ehtiyac hissi aşılanar. Eyni zamanda yeni mövzunu
şagirdlərə müvəffəqiyyətlə öyrətmək üçün müəllim əlverişli bir
mövqe tutar.
Müəllim həmişə öyrətdiyi yeni materialı köhnə ilə əlaqələndirməyi
bacarmalıdır. Yeni material köhnədən şagirdlər tərəfindən
mənimsənilmiş materialla, onların mənimsədikləri biliklərlə nə qədər
çox əlaqələndirilsə şagirdlərin öyrənməyə göstərdikləri maraq da bir o
qədər çox olur. Çünki bu halda köhnə biliklərinə istinad edərək yeni
öyrəndiklərini yaxşı dərk edirlər. Öyrədilən material həddindən artıq
çətin və ya çox asan olduqda da şagirdlər üçün maraqsız olur. Ona
görə də hər bir dərs üçün ayrılmış material az çətinliyinə görə
şagirdlərin mənimsəmə səviyyəsinə uyğun gəlməlidir. Bu səviyyədən
aşağı və ya yuxarı olduqda dərs maraqsız keçir. Şagirdin böyük
maraqla işləməsini təmin edən əsas əlamətlərdən biri də onun
fəaliyyətinin müəllim tərəfindən tez-tez yoxlanması
və
qiymətləndirilməsidir. Müəllimin parlaq və emosional nitqi, öz fənnini
dərindən bilməsi, elmin ən son nailiyyətlərilə ayaqlaşması fövqəladə
güclü bir qüvvə ilə şagirdin dərsə münasibətinə, fəallığının artmasına
təsir göstərir.
Ən çox maraq oyadan səbəblərdən biri də köhnə biliklərdən yeni
şəraitdə və şagirdlərə məlum olmayan kombinasiyalarla istifadə
edilməsidir. Y.İ.Perelmanın «Əyləncəli fizika» kitabında buna aid
olduqca zəngin material vardır. «Maye teleskop», «Barometrdən sup»,
«Qardan istifadə etməklə suyu qaynatmaq olarmı?» kimi başlıqlar
altında təsvir edilən hadisələr marağın etibarlı mexanizmi olan
«axtarıcı yaddaşın» fəal işini təmin edir.