Bir vaxtlar
mənim üçün adi görünürdüsə, ondan ayrılanı zaman-zaman qəribsədiyim,
doğmalaşdığım, payızına, qışına həsrət qaldığım, dünyanın ən şirin neməti saydığım bir
varlıqdır Qəbələ. Çox yerləri gəzdim, fərqli məkanların qonağı oldum, ancaq öz
torpağımda gördüyüm özəllikləri heç bir yerdə hiss etmədim.
Dəniz səviyyəsindən 1000 metr yüksəklikdə bitən şabalıd ağacının əzəmətinə tay olan
bir iri gövdəyə rast gəlmədim. Gördüyüm heyvanların heç birində oxşarlıq sezmədim.
Hətta Qəbələnin hər bir sakini belə paytaxtın minlərlə insanları arasında seçilir.
Dilindəki “Şeşpər baba” kəlməsi, kəlməbaşı “can” sözünü işlətməsi bu rayonun övladı
olduğunu agah edir. Harada yaşamasından asılı olmayaraq şirin ləhcəsindən
dağlar
diyarında doğulduğu, buranın havasını udduğu, suyunu içdiyi bəlli olur...
Qəbələdə yaşayanlar isə son hadisələrdən olduqca məmnun-durlar.
Əziz oxucu, bu qeydlərimlə rayonun bugünkü simasını canlandırmaq istədim. Bir
vaxtlar bura inkişafdan geri qalan məkan idisə, indi həmin barlı-bərəkətli bu zəngin
diyarda həyat tamamilə dəyişib. Ötən bu beş il ərzində misli
görünməmiş yeniliklər baş
verib. Ölkə əhəmiyyətli müəssisələr işə düşüb, yüzlərlə iş yeri açılıb.
Hər sahədə uğurlar əldə edilib. Rayon məktəblərində maddi texniki baza
möhkəmlənib, ən ucqar dağ kəndlərində uşaqların təhsil alması üçün dövlət tərəfindən
proqram həyata keçirilir.
Səhiyyədə dönüş yaranıb. Müasir Diaqnostika Mərkəzinin açılışı ilə hətta
qonşu
rayonların əhalisi üçün də nəzərdə tutulan, bütün zəruri avadanlıqlarla təchiz olunan
nəhəng tibb müəssisəsi insanların ixtiyarına verilib. Hər bir kənddə yeni tibb
məntəqələrinin tikintisinə başlanıb.
Qəbələ kəndlərinin hamısında rabitə var. Mərkəzdən uzaq olan hər bir xırda kənd
sakini də elektron rabitədən faydalanır.
Kəndlərin bəziləri qazla təmin edilib və gələcəkdə hər bir vətəndaşın mavi yanacaqdan
istifadəsi üçün zəruri işlər görülür. Əgər qısa vaxt ərzində rayonda bu qədər əsaslı
dəyişikliyin şahidi oluruqsa, deməli kəndlərin hamısının qazlaşması da müm-künləşəcək.
Rayonun 64 yaşayış məntəqəsinə qiyabi də olsa nəzər saldıq.
Düzdür hər kəndin bütün
özəlliyini canlandırmaq, bir kitabda hər şeyi təfərrüatı ilə işıqlandırmaq mümkün deyil.
Ancaq məqsədim bu sürətli inkişafı nəzərə çarpdırmaq və faktların dili ilə kəndlərimizin
abadlaşmasını, orada insanların artımını göstərmək idi. Bu gün məhz dağ kəndlərinin
problemləri həll edildiyindən, bir vaxtlar Rusiyaya və paytaxta iş axtarmaq
ümidi ilə
gedən cavanlar indi əlini-qolunu çırmalayıb öz dədə-baba yurdunda çalışmağa başlayıb.
Kəndləri bir-bir yada salmaqla, ziyalılıq səviyyəsindən söz açmaqla bildirmək
istəyirəm ki, təbiəti əsrarəngiz, torpağı bərəkətli olduğu kimi insanları da zehnli,
düşüncəlidir. Əgər hər
bir yurd yerimiz bu beş ildə, Cənab İlham Əliyevin ilk prezident
olduğu dövrdə canlanıbsa, onda növbəti beş ildə bizi daha böyük uğurlar gözləyir. O
zaman yenidən hər tərəfi qarış-qarış gəzəndə, kəndləri dolaşanda, Şahdağın zirvəsindən
boylananda Qəbələnin qeyri-adi gözəlliyindən və burada insan əli ilə yaradılan
möcüzələrdən
heyrətə gələcək, ölkəmizin bu inci parçası ilə dünyaya meydan oxuyacağıq.
Turizmin inkişafı ilə Qəbələ ölkə büdcəsinə yüksək gəlir gətirəcək. Dövlətin bu sahəyə
dair tədbirləri artıq reallığa çevrilib. İndi uca Qafqaz dağlarının qoynunda yaradılan
turizm müəssisələrində xarici vətəndaşlara xidmətin təşkili üçün yerli mütəxəssislər
hazırlanır.
İkinci dəfə xalq İlham Əliyevi prezident vəzifəsinə layiq gördü. Deməli, növbəti
inkişaf xətti ilə Azərbaycanın hər bir diyarında, hər bir vətəndaşın həyatında əlamətdar
hadisələr baş verəcək.
Qüdrətli dövlətin, zəngin ölkənin vətəndaşları İlham Əliyev
siyasətinin uğurları sayəsində sözün əsl mənasında tarix boyu arzuladığı həqiqəti dərk
edəcək. Müstəqil ölkənin azad yaşayan hər bir sakini, hər bir azərbaycanlı bir daha öz
prezidentinə dəstək olacaq...
Dostları ilə paylaş: