axın varıydısa, indi qarlı günlərdə də Qəbələnin əsrarəngiz qış görkəmini görmək
istəyənlər qəbələlilərin qonağıdır...
Turizmin genişləndirilməsi üçün bölgədə hər cür imkanlar var.
Təkcə Azərbaycan
vətəndaşları üçün deyil, həm də MDB, Avropa, Amerika və Asiya ölkələrindən gələn
qonaqlar üçün müvafiq infrastruktur yaradılır.
Rayonda alpinizm də inkişaf edir. Burada yüksəkliyi fəth
etmək arzusunda olanlara ən
hündür zirvələrə bələdçilik edənlər var və bir sözlə bu sahənin də inkişafı diqqət
mərkəzindədir. 4000 metrlik zirvələrə, o cümlədən Bazardüzü (4466 m), Bazaryurd (4126
m) və Tufan (4206) zirvələrinə buradan da qalxmaq mümkündür. Alpinizm sahəsində
dünyada tanınmış mütəxəssislərin ölkəmizə gəlməsi üçün şərait yaradılacaq.
Böyük
Qafqaz dağlarının ətəklərində yerləşən ərazilərimizi turistlərə tanıtmaq məqsədi ilə
helikopter turizmini inkişaf etdirmək nəzərdə tutulur.
Bir sözlə dövlət sənədləri yerinə yetirilir və bu istiqamətdə səmərəli fəaliyyət planı
həyata keçirilir. Yeni turizm kompleksinin tikintisi sürətlə gedir. Birinci mərhələsi başa
çatmış
“Qafqaz” turizm-istirahət mərkəzinin tikintisinə baxış zamanı Azərbaycan
prezidenti İlham Əliyev cənablarına bildirilib ki, 5 ulduzlu
hotellər kompleksinin
istifadəyə verilməsi ilə doğrudan da möcüzəli aləm ən çox turisti cəlb edən məkanlardan
olacaq. Həm də turistlərin ən çox üz tutduğu yerlər sabitliyi, əmin-amanlığı və iqtisadi
səviyyəsi
yüksək olan dövlətlərdir ki, bunların da hamısına ölkəmizdə nail olunub.
Azərbaycan nəinki region dövlətləri ilə müqayisədə, hətta dünyanın əksər ölkələri
arasında məhz
bu üstünlüyü ilə seçilir, öz uğurlu siyasəti ilə tərəqqi yollarındadır.
Turistlər isə ölkəmiz haqqında zəngin məlumatlar əldə edir və burada gördüklərini
kameranın yaddaşına alaraq, dünyanın hər yerinə aparır, bir sözlə Azərbaycandan
danışırlar.
Qəbələ barəsində xarici vətəndaşların fikirləri günü-gündən
inkişaf edən rayonun
bugünkü həyatını əks etdirir. Ölkənin başçısı İlham Əliyev Qəbələdə olarkən Rusiyanın
Təhsil və Elm naziri Andrey Fursenko ilə görüşü zamanı qonaq burada gördüyü inkişafın
onda ölkəmizin sürətli sosial-iqtisadi həyatı barədə dolğun təsəvvür və zəngin təəssürat
oyatdığını dilə gətirir. “Azərbaycan barəsində eşitdiklərimin canlı şahidi oldum”- rusiyalı
qonaq belə deyir. (
3 mart 2007-ci il. )
2008-ci il iyun ayının 10-da Bakıda “Mədəniyyətlərarası dialoqda qadınlarının rolunun
genişləndirilməsi” mövzusunda beynəlxalq forum keçirildi.
Heydər Əliyev fondunun
prezidenti, YUNESKO-nun və İSESKO-nun xoşməramlı səfiri, millət vəkili Mehriban
Əliyevanın təşəbbüsü və dəstəyi ilə keçirilən tədbirə dünyanın 400-dən artıq mötəbər
ziyalısı dəvət olunmuşdu.
Tədbirdən sonra qonaqların bir qrupu Qəbələ rayonuna turist gəzintisinə yola düşürlər.
Qonaqlarla bərabər səfər zamanı Azərbaycan Qadınlar
Cəmiyyəti Xarici Əlaqələr
şöbəsinin sədr müavini, ingilis dilinin tədrisi üzrə dünya şöhrətli alim,
professor Minirə
Dostları ilə paylaş: