17
Sədinin gözəl tərifinin dillərə düşməsi, şair avazəsinin dünyaya
yayılması, şirin hekayələrinin ağızda şəkər dadıb əsər–lərinin hər
yarpağının qızıl vərəqi tək əldən–ələ gəzməsi, onun öz fəzilət və
sanətkarlığının yetkinliyindən deyil, bəlkə cahanın hökmdarı,
zəmanənin sərdarı, Süleyman taxtının varisi və iman sahiblərinin
hamisi, şahlar şahı Atabəy Müzəffərəddin Əbubəkr ibn Səd ibn
Zənginin (yer üzündə allahın gölkəsi odur. İlahi, ondan razı ol və
könlünü şad elə!) Ona mərhəmət nəzərilə baxıb, sənətinə yüksək
rəğbət və həqiqi məhəbbət bəsləməsindəndir. Xalqın da ona dərin
məhəbbəti bu səbəbdəndir.
Şer
Mənə ki, salırsan belə xoş nəzər,
Günəşdən məşhurdur yazdığım əsər.
Olsa da qulunda çox eybü nöqsan,
Hünərdir hər eybi bəyənsə sultan.
Şer
Gecən gün hamamda ətirli bir gül,
Yetişdi əlimə bir dost əlindən.
Soruşdum müşksən, ya inki ənbər,
Ki, belə məst oldum sənin iyindən?
Dedi ki, yararsız bir palçıq idim,
Bir müddət gül ilə etdim nişimən.
Mənə dost kamalı eyləmiş təsir,
Yoxsa ki, yararsız haman giləm mən!
Allah Şiraz torpağını adil hökmdarların gücü və işgüzar
alimlərin himmətilə dünya durduqca əmin–amanlıqda saxlasın.
Yəqin bu Pars mülkunə toxunmaz afəti–dövran,
Ki, salmış başına sayə sənin tək sayeyi–yezdan.
сонунда изаһ едилмишдир.
18
Tapa bilməz yəqin heç kəs gəzərsə cümlə dünyanı,
Sənin dərgahi–alin tək ki, versin dərinə dərman.
Özünsən arxası hər bir zavallı bəndənin daim,
Görüm versin mükafatın sənin ol xaliqa–keyhan.
Bu xaki–Parsı sən saxla ilahi badi–afətdən,
Nə qədri abü xak olsa cahanda baqi, cavidan.