Microsoft Word Sadi Gulustan doc



Yüklə 1,13 Mb.
Pdf görüntüsü
səhifə4/162
tarix02.01.2022
ölçüsü1,13 Mb.
#39351
1   2   3   4   5   6   7   8   9   ...   162
Sədi Şirazi Gülüstan Bustan

 
Beyt  
 
 
 
Ümmətinin nə dərdi var sən tək arxa olan zaman
 
 
 
Nuh gəmiçi olan yerdə qorxmaz heç kəs tufanlardan. 
 
Beyt  
 
 
 
 
Əngin fəza kəmalıdır, Günəş bənzər gəmalına 
 
 
 
Gözəlliyin cəlalıdır, alqış ona və alına
*
 
 
Əgər günahkar və halı pərişan olan bir bəndə ümmidlə o yüksək 
cəlallı həqqin dərgahına yalvarış əlini qaldırıb paz–piyaz etsə, böyük 
yaradandan etina görmədikdə yenə  əl qaldırıb ah–nalə ilə ondan 
kömək istəsə, allah taala buyurar: mənim qulumun məndən başqa 
köməyi olmadığından onun istəyini yerinə yetirdim, arzusuna 
çatdırdım ki, öz bəndəmin nə qədər yavarışından xəcil oldum. 
 
Beyt 
  
 
 
Gör nə qədər allahda vardır lütfü kəramət 
 
 
Bəndə günah eyləmiş o sa çəkir xəcalət. 
 
                                                           
*
 ал–аиля, йахын адамлар 


 
16
Onun cəlal Kəbəsində bir guşəyə çəkilib ibadət edənlər özlərinin 
layiqincə ibadət edə bilmədiklərin etirafla, camalının gözəlliyini vəsf 
edənlər heyrət içində qalıb demişlər: biz sənin mərifətini layiqincə 
dərk edə bilmədik. 
 
Şer  
 
Kim sorsa allahın vəsfini məndən, 
Nişansız varlığı bilərmi bir kəs? 
Aşiqlr məşuqun ölmüşləridir, 
Çıxmaz, şübhəsiz ki, ölmüşlərdən səs. 
 
 Ariflərdən biri başını  aşağı salıb fikir dəryasına qərq olmuşdu, 
elə ki, düşüncədən ayrılıb özünə gəldi, dostlardan biri soruşdu: 
–Getdiyin bostandan bizə bir hədiyyə ver. 
O, dedi: 
–Gedəndə yadımda idi ki, əkər gül ağacına çatsam, ətəyimi 
doldurub dostlara hədiyyə gətirəcəyəm. Lakin elə ki, bostana çatdım, 
gülün ətri məni o qədər məst etdi ki, ətəyimdən belə tuta bilmədim. 
 
Şer 
 
Ey mürği–səhər eşqi bu pərvanədən öyrən,  
Yandısa canı çıxmadı ondan yenə avaz.  
Bu müddəilər bilməyir əsla nə xəbərdir,  
Kim tutsa diləkdən xəbər, ondan xəbər olmaz. 
 
Şer 
 
Ey xəyaldan üstün olan sirri bilinməz qüdrət,  
Çox dedilər, çox eşitdik, çox oxuduq, nəhayət,  
Məclis bitdi, ömür çatdı başa biz də qocaldıq,  
Lakin yenə biz əvvəlki nöqtədə donub qaldıq. 
 

Yüklə 1,13 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   162




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin