Bir şahzadə haqqında eşitmişəm ki, özü çirkin və qısaboylu,
qardaşları isə gözəl və uca idi. Bir dəfə şah ona alçaq nəzərlə baxıb,
etinasızlıq göstərdi. Oğlan həssas idi, başa düşdü və dedi:
29
– Ata, ağıllı gödək, axmaq uzundan yaxşıdır. Hər qaməti uca
olanın qiyməti baha olmaz. Qoyun kiçik olsa da təmiz, fil böyük olsa
da murdardır.
Şer
Çox alçaq olsa da Tur dağı 15
bişək,
Allah dərganında sayılır yüksək.
Şer
Söylədi bədəncə zəif bir alim,
Bir şişman axmağa: «Varmı xəbərin
Əgər ərəb atı arıq olsa da,
Bir töylə eşşəkdən yaxşıdır, yəqin».
Atası güldü, söz dövlət başçılarının ürəyinə yatdı, qardaşlarında
isə kin oyatdı.
Şer
Nə qədər dil açıb dinməmiş insan,
Hünəri və eybi qalacaq nihan.
Gördüyün hər meşə sanma ki, boşdur,
Bəlkə də yatmışdır orada qaplan.
16
Deyirlər ki, həmin günlərdə güclü bir düşmən padşahın ölkəsinə
hücum etdi. Hər iki tərəfin qoşunları üz–uzə gəldikdə döyüş meyda-
n