10. Hekayət Bir
şair oğrubaşının yanına gedib onu təriflədi. Oqrubaşı şairi soyundurub kənddən qovmağı əmr etdi. Yazıq çılpaq halda
şaxtada gedərkən itlər dalınca düşüb hürməyə başladılar. İtləri
qovmaq üçün yerdən bir daş götürmək istədi, yer don olduğuna görə
daşı qopara bilmədi. Dedi:
–Bu necə haramzada camaatdır ki, iti açıb, daşı bağlayıblar!
Oğrubaşı eyvandan bunu görüb şairin sözünü eşitdikdə güldü, onu
yanına çağırıb dedi:
–Könlün nə istəyir, məndən tələb et!
Dedi:
–Öz paltarlarımı mənə bağışla, səndən ənam almaqdansa, baş
götürüb qaçmaq yaxşıdır.
Beyt
Başqasının xeyrinə çalışar comərd olan,
Səndən xeyir ummuram, ancaq yetirmə ziyan.
Oğrubaşının ona yazığı gəlib paltarlarını qaytardı, bir kürk, bir
qədər pul verib sevindirdi və evinə razı yola saldı.
11. Hekayət
Bir münəccim evə gəldikdə arvadının yad bir kişi ilə oturduğunu
gerdü. Söyüş söydü, təhqir etdi, hay–küy saldı, dava-dalaş başladı.
Bu hadisənin şahidi olan arif bir adam dedi:
Beyt
156
Hardan bildin göylərin üst qatında nə vardır,
Bilmirsən öz evində belə biganə vardır?